“Bakıda möcüzəvi qonaqpərvərliklə üzləşdim”
Tarix: 03.05.2013 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“Mən “Tour d’Azerbaidjan”da iştirakı böyük səbirsizliklə gözləyirdim. Bu yürüşdə çıxış etməyi çox istəyirdim və əlbəttə, qarşımızda müəyyən vəzifələr vardı. Ancaq çox təəssüf ki, aldığım zədə üzündən iştirakım baş tutmadı”. Bu sözləri “Synergy Baku Cycling Project” velosiped klubunun üzvü Kirill Pozndyakov deyib.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d’Azerbaidjan”da iştirak etməli olan təcrübəli idmançı son anda kənarda qaldı. Artıq ölkəmizi tərk edən Kirill tezliklə sağalacağına inanır: “Mən hazırda Belçikadayam, ancaq bütün ürəyimlə komandanın yanındayam və ona çox inanıram. Ümid edirəm ki, tezliklə sağalacağam”. Pozdnyakov ölkəmizdə gördüyü münasibət haqda xoş sözlər deyərək, Bakının müasirliyindən heyrətləndiyini bildirib: “Fikrimcə, şəhər müasir üslubla və xalqın mədəniyyətini, tarixini özündə cəmləşdirir. Möcüzəvi qonaqpərvərlik, bütün komandanın üzvlərinə həmişə hörmət göstərilirdi. Komandamızın təqdimatı necə keçirildi! Bu, ən yüksək səviyyədə təşkil olunmuşdu. Təşkilatçıların peşəkarlığı və münasibəti məni heyrətləndirdi. Təqdimatda hörmətli sponsorlarımız, komandamızın rəhbərliyi, qonaqlar komandanın üzvləri ilə birgə əvvəlki veloyürüşlər – “Tour de Langkawi” (Malayziya), “Tour de Taiwan” (Tayvan), haqda fikir mübadiləsi apardı”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
“Facebook“ və “İnstagram“ın işində nasazlıqlar yaranıb
18.11.2019
Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18.11.2019
Türkiyə bu il fındıqdan 1,5 milyard dollar qazanıb
18.11.2019
“Mühacir alveri“ məsələsi böyüyür - AXCP də növbədə...
18.11.2019
Müxalifətin “miqrant alveri“ni gücləndirmək və bundan gəlir götürmək üçün daha bir vasitəsi qanunsuz aksiyalardır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info