Daha bir yolda təmir-bərpa işləri aparılır
Tarix: 24.08.2017 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“Azəravtoyol” ASC avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində apardığı kompleks tədbirlər çərçivəsində respublikanın avtomobil yollarında yağıntılar və intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.
 
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu çərçivədə həm turizmin inkişafı baxımından, həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır.
 
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 22 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 3,75 m enində yolun hərəkət hissəsi və 2,25 m enində çiyinlər daxildir.
 
Sözügedən yolun 5,5 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər hissələrdə isə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi, yararsız qruntun qazılaraq çıxarılması və yerinə yararlı material tökülərək kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.
 
Ümumilikdə işlər zamanı yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir. İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub.
 
Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 52 ədəd yol nişanı quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
 
Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
“Azərişıq” ölkənin qərbində gücləndirilmiş iş rejiminə keçib
19.05.2019
Tovuzda məktəb, muzey və “ASAN xidmət” mərkəzinin tikintisi davam edir
19.05.2019
Tərtərdə “Son nəfəsədək” filmi nümayiş olunub
19.05.2019
Sabah hava necə olacaq?
18.05.2019
Tovuzda üç istehsal müəssisəsi tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info