“Ermənistan öz müttəfiqini satmağa hazır olduğunu bir daha göstərdi”
Tarix: 24.08.2017 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Ermənistan müttəfiqi adlandırdığı Rusiyanın gərgin münasibətlərdə olduğu NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməklə özünün ikiüzlü siyasətini bir daha ortaya qoyur. Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat bildirib ki, Ermənistan öz təcavüzkar siyasəti nəticəsində regionda təcrid olunmuş vəziyyətə düşdüyündən vaxtaşırı belə variantlara əl atır:
“NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qatılmaqla Ermənistan uzun illərdən bəri apardığı ikiüzlü siyasəti davam etdirir. Ancaq bütün dünyaya bəllidir ki, Ermənistan faktiki olaraq tam şəkildə Rusiyanın nəzarəti altındadır. İndi dünyada Rusiyaya qarşı müəyyən təzyiqlər, sanksiyalar tətbiq olunduğuna görə Ermənistan çalışır ki, özünə daha güclü havadarlar tapsın, tədricən Rusiyadan uzaqlaşsın. Yəni Ermənistan hakimiyyəti hər an öz müttəfiqini satmağa hazır ikiüzlü rejim olduğunu bir daha göstərir. Təbii ki, Avropa da, Rusiya da Ermənistanın bu ikiüzlü siyasətini görür”.
Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyinin bu cəhdləri əbəsdir: “Onlar anlamalıdırlar ki, düşdükləri fəlakətli vəziyyətdən çıxış yolu qonşu dövlətlərə, ilk növbədə, Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkməkdən, işğal olunmuş torpaqların qeyd-şərtsiz boşaldılmasından keçir. Əks təqdirdə, Azərbaycan Ordusu işğal olunmuş torpaqları azad etməyə tam hazırdır”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info