Ermənistan mətbuatı: “Ermənistan ordusunda xeyli sayda gənc əsgər cinsi təzyiqlərə məruz qalıb”
Tarix: 24.08.2017 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, avqustun 20-də Ermənistan Müdafiə Nazirliyi hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürüldüyü barədə məlumat yaymışdı.
 Ermənistan mətbuatı xəbər verir ki, böyük əks-səda verən ölüm hadisəsinin sonradan əslində intihar olduğu bəyan edilmişdi. Andranik Mkrtçyanın ölümünün təfərrüatları artıq məlum olub.
Ermənistanda sosial şəbəkə istifadəçilərinin iddialarına görə, hadisə cinsi istismar-homoseksualizm zəminində törədildiyindən belə ajiotaja səbəb olub. Aparılan araşdırmalar zamanı hadisənin bir çox təfərrüatları ortaya çıxıb.
Oğurluq etdiyinə görə xidmət yeri Yerevan yaxınlığındakı hərbi hissədən Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilən Andranik Mkrtçyanın intihar etməsi ilə bağlı özünüöldürmə həddinə çatdırılma maddəsi ilə cinayət işi açılıb.
Ermənistan istintaq komitəsinin hərbi istintaq bas idarəsinin xüsusi mühüm işlər üzrə istintaq idarəsinin baş müstəntiqi Q.Xacatryan tərəfindən verilən açıqlamada deyilir: “Müdafiə nazirliyinin hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırılma” maddəsi ilə cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, Kanakerdə xidmət edən və “Ando” kimi tanınan Andranik Mkrtçyan və digər hərbi qulluqçular hərbi hissəyə xidmətə gələn gənc əsgərləri mütəmadi olaraq cinsi istismara məruz qoyduğu, eləcədə oğurluq etdiyi üçün hərbi hissə komandanlığının təşəbbüsü ilə xidmətini davam etdirmək məqsədilə Mehri şəhərində göndərilib. Cinsi təzyiqlərə məruz qalan gənc əsgərlərin valideyinləri “Ando”dan qisas almaq qərarına gəliblər. A.Mkrtçyanı izləyən valideynlər onu tutaraq zorlayıblar və buna dözməyən M.Andranik özünə qəsd etmək qərarına gəlib”. İstintaqa məlum olub ki, gənc əsgərlərə qarşı bu kimi əməlləri “Ando” işğal olunmuş Kəlbəcər rayonunda postlarda olarkən də törədib. Postlarda xidmət keçən bir çox gənc əsgərin M.Andranik tərəfindən cinsi təzyiqlərə məruz qaldığı bildirilir. Ermənistanlı hərbi qulluqçunun çoxunun cinsi istismara məruz qaldığını inkar etməsinə baxmayaraq, valideynlərin dəstəyi ilə bir neçə əsgər adlarının gizli saxlanılması şərtilə istintaqla əməkdaşlığa razılıq veriblər. İlkin versiya olaraq, nizamnamədən kənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A.Mkrtçyanın istifadəsində olan avtomatı çənəsinə söykəyərək intihar etdiyi bildirilir.
Hadisə ilə bağlı cinayət işi başlayıb araşdırma davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info