Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək
Tarix: 24.08.2017 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm əyləncə tədbirləri olacaq
Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək. Federasiyadan verilən məlumata görə, tədbirdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox klassik avtomobil iştirak edəcək. Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş edilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələridir.
Yürüş 26 avqust saat 16:00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Klassik avtomobillər Heydər Əliyev Mərkəzi - Koroğlu Rəhimov küçəsi - Fətəli xan Xoyski küçəsi - Vaqif prospekti - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Akademik Lev Landau küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Mehdi Hüseyn küçəsi - Teymur Elçin küçəsi - Mixail Lermontov küçəsi - Niyazi küçəsi - Azneft meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edəcək və sonda Mərkəzin parkında sərgilənəcək.
Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Mərkəzin qarşısında olmalıdır.
Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunacaq.
"Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı
"Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı Bakıda ilk dəfə olaraq keçiriləcək. Layihədə Azərbaycan, Latviya, Monqolustan, Ukrayna, Litva, Danimarka və Finlandiyadan olan 10 rəssam iştirak edəcək.
Fırça ustalarının müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng “küləklər şəhəri” Bakının səmasını bəzəyəcək və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edəcək.
Saat 18:00-da başlayacaq festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçuracaqlar.
Əyləncə proqramları
Saat 17:00-dan başlayaraq Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunacaq.
"Sevimli Bala" uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacaları şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar gözləyir.
"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə hazırlanan əyləncə zonasında isə futbol, basketbol və digər oyun meydançaları qurulacaq. Burada uşaqlar masaüstü oyunlarda da iştirak edə biləcəklər.
"Bolşoy Prazdnik" şirkətinin əyləncə zonasında balacalar sehrbazın fokus və illüziyalarını, müxtəlif şouları izləyəcəklər.
Uşaqlar Mərkəzin parkında, həmçinin müxtəlif nağıl personajları ilə şənlənə, üzlərini arzu etdikləri rəsmlərlə boyatdıra, eləcə də karikaturalarını çəkdirə biləcəklər.
Bu əyləncə növləri ilə yanaşı, saat 18:00-dan saat 20:00-dək “Azəri inciləri” qrupu və balaca ifaçı Nuray Rəhmanovanın konserti olacaq.
Röya və Miri Yusifin konserti
26 avqust tarixində Heydər Əliyev Mərkəzinin parkında əməkdar artist Röya Ayxan və Miri Yusifin konserti keçiriləcək. Saat 20:00-da başlayacaq konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim edəcəklər.
Heydər Əliyev Mərkəzinin parkındakı tədbirlərə giriş sərbəstdir. Yalnız klassik avtomobil yürüşündə əvvəlcədən qeydiyyatdan keçənlər iştirak edə bilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info