Rusiyadan “əzələ nümayişi”-100 min əsgərlə hərbi təlim
Tarix: 24.08.2017 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Rusiya ötən il NATO əsgərlərinin Avropanın şərqinə yerləşdirilməsinə cavab addımı atmağı planlaşdırır.
 
“The “Guardian”-ın verdiyi xəbərə görə, Qərb ölkələri və NATO ilə münasibətlərdə gərginlik yaşayan Moskva "Soyuq müharibə"dən sonra ən böyük hərbi təlimlərə hazırlaşır.
 
Sentyabrın 14-20-də keçiriləcək "Qərb-2017" hərbi təlimlərində 100 min əsgər iştirak edəcək.
 
Əsgərlər üç ayrı mövqedə təlimlərə cəlb olunacaqlar.
 
Rusiya prezidenti Vladimir Putinin əmri ilə hərbçilər Belarus, Kalininqrad və Rusiyanın digər nöqtələrinə göndəriləcək. İlk rus hərbi qüvvələri artıq Belarusdadır.
 
“Guardian”-a danışan NATO-nun səlahiyyətli nümayəndələri bununla bağlı şərh verməyəcəklərini, ancaq prosesi yaxından izləyəcəklərini deyiblər.
 
Bildirilir ki, bu, "Soyuq müharibə"dən sonra ən nəhəng hərbi təlimlər olacaq.
 
Xatırladaq ki, ötən il İngiltərənin rəhbərliyi altında bir neçə dövlətin Rusiya sərhədinə yaxın ölkələrə əsgər göndərməsindən sonra NATO ilə Rusiya arasında münasibətlər kəsilib.
 
ABŞ-ın Rusiya sərhədinə hərbi qüvvə göndərməsinə cavab olaraq isə Putin Kalininqrada S-400 və "İsgəndər" raket kompleksləri yerləşdirmişdi. Bundan başqa, Rusiya Polşa sərhədlərinə də hərbi qüvvələr göndərmişdi.
 
NATO isə son bir il ərzində Rumıniya, Estoniya, Polşa və Gürcüstanda xeyli hərbi təlim keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info