Lənkərana bu il 14 mindən çox turist gəlib
Tarix: 24.08.2017 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Lənkəran rayonu özünün təbiəti, eləcə də zəngin və əlverişli iqlim şəraiti ilə geniş turizm imkanlarına malikdir. İlin hər fəslində gözəlliyi ilə insanları sehrinə salan cənub bölgəsinin mirvarisi səfalı meşələri, dağları, digər tərəfdən Xəzərin ləpələri ilə oxşadığı qumlu sahilləri ilə turizmin bütün növlərinin inkişafı üçün əlverişli şərait yaradır.
Lənkərana gələn turistlər burada yaradılan yeni infrastrukturdan, yüksək xidmət mədəniyyətindən razı qaldıqlarını, eləcədə, təbiətin əsrarəngiz gözəlliyinə heyran olduqlarını bildirirlər.
Rayonda olan 14 mehmanxana və hotellərdə eyni vaxtda 1000-1200-nəfər turistin dincəlməsi üçün lazımı şərait yaradılıb. Hazırda rayonun turizm obyektlərinə və istirahət mərkəzlərinə gələnlər arasında ölkəmizin müxtəlif bölgələrindən və Bakıdan gələn turistlərlə yanaşı, əcnəbi turistlərdə vardır. Lənkərana gələn turistləri ən çox cəlb edən buranın əsrarəngiz gözəlliyi yanaşı, yerli mətbəxə aid müxtəlif növ yeməklərdir. Turistlərin mənalı istirahəti üçün cənub bölgəsinin görməli və tarixi yerlərinə turizm marşrutları da müəyyənləşdirilib.
Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, ötən il rayona gələn turistlərin sayı 15 min 900 nəfər olub. Bunun 14 faizi əcnəbi turistlərin payına düşüb. Bu ilin ötən dövründə isə rayona 14 mindən çox turist gəlib. Onların 1800 nəfərindən çoxu xarici turistlərdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info