BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır
Tarix: 25.08.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Gələn ilin yanvarında Təhlükəsizlik Şurasına sədrlik edəcək Qazaxıstan XİN:
“Təhlükəsizlik Şurasının indiki formatı müasir dünya reallığını əks etdirmir”

Gələn ilin yanvarından BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək Qazaxıstan islahat təşəbbüsü ilə çıxış edib. Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrəhmanov bildirib ki, rəsmi Astana təşkilatda say və keyfiyyətin genişləndirilməsi təklifini irəli sürüb:
“Qazaxıstan BMT Təhlükəsizlik Şurasında islahatlara sistemli və geniş əhatəli yanaşmanın tərəfdarıdır. Buraya Təhlükəsizlik Şurasının say və keyfiyyətinin artırılması, iş metodlarının müasirləşdirilməsi, Baş Assambleya ilə Təhlükəsizlik Şurası arasında qarşılıqlı əlaqənin möhkəmləndirilməsi kimi məsələlər də daxildir. Belə islahatların aparılması Təhlükəsizlik Şurasının işinin şəffaflığının artırılmasına, qəbul edilən qərarların effektliyinin yüksəlməsinə imkan yaradar”. Yerli mətbuata müsahibə verən nazir bildirib ki, BMT-yə üzv olan dövlətlərin əksəriyyəti tərəfindən ifadə olunan fikirlə razıdır -Təhlükəsizlik Şurasının indiki formatı müasir dünya reallığını əks etdirmir: “Mən böyük razılıqla qeyd edirəm ki, müxtəlif mövqelərin razılaşdırılmasındakı çətinliyə baxmayaraq, ümumi fikir belədir ki, Təhlükəsizlik Şurasının yeni konfiqurasiyasının necə olmasnıdan asılı olmayaraq, qurum beynəlxalq təhlükəsizlik və sülhün təmin edilməsi istiqamətində BMT nizamnaməsindən irəli gələn vəzifələri aktiv və effektiv şəkildə icra etməlidir.

“İslahatların aparılması Təhlükəsizlik Şurasının işinin şəffaflığının artırılmasına, qəbul edilən qərarların effektliyinin yüksəlməsinə imkan yaradar”

Ona görə də BMT Təhlükəsizlik Şurasında aparılacaq islahatlar konsensus əsasında reallaşmalı və bütün tərəflərin tələblərinə cavab verməlidir. Bir faktı da gizlətmək olmaz ki, BMT-də və Təhlükəsizlik Şurasında islahatlar üçün aparılacaq danışıqların həlledici mərhələsi şuraya daimi üzv olan və təşəbbüsü əlində saxlayan 5 dövlətin maraqlarından asılıdır”. Qazaxıstan xarici siyasət idarəsinin başçısı bildirib ki, rəsmi Astana yeni baş katib Antoniu Quttereşin təşkilatın fəaliyyətinin effektli olması istiqamətində həyata keçirdiyi islahatları dəstəkləyir. Nazir onu da qeyd edib ki. Astana Təhlükəsizlik Şurasına sədrliyi dönəmində beynəlxalq təhlükəsizlik və sülhün təmin olunması ilə bağlı açıq debatlar təşkil edəcək: “Biz sədrlik dönəmində beynəlxalq sülhün təmin olunması ilə bağlı açıq debatların təşkil edilməsi istiqamətində işləyirik. Bu debatları yüksək səviyyədə- dövlət başçılarının iştirakı ilə keçirməyi planlaşdırırıq. Bununla yanaşı, Mərkəzi Asiya və Əfqanıstanla bağlı nazirlər səviyyəsinə, Yaxın Şərqlə bağlı isə səfirlər səviyyəsində açıq debatların keçirilməsi nəzərə tutulub”. Qazaxıstanın xarici işlər naziri deyib ki, gələn ay BMT Baş Assambleyasının ənənəvi sessiyası keçiriləcək: “Həmin sessiya çərçivəsində aparılacaq danışıqlardan sonra Təhlükəsizlik Şurasına sədrliklə bağlı dəqiq proqram hazırlanacaq”. Nazir onu da qeyd edib ki, bir çox məsələ 2018-ci ilin yanvar ayında olacaq siyasi vəziyyətdən və onlardan əvvəlki sədrin işindən asılı olacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info