“Qəmbərin, Kərimlinin Rüstəmə “beyət”i onların partiya üzvlərini itirmələrinə səbəb olacaq”
Tarix: 03.05.2013 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


“Milli şura” yaransa belə, bu qurum müxalifət düşərgəsini daha da cılızlaşdıracaq, münasibətləri gərginləşdirəcək”

Radikal müxalifət kəsimində yer alan AXCP, Müsavat və “el” qurumunun ərsəyə gətirməyə çalışdığı “milli şura” ideyası reallaşa bilmir. Əzəldən bu ideyanı Rüstəm İbrahimbəyov kimi siyasətdən bixəbər şəxsin ortaya çıxarması, onun ətrafında isə öz şəxsi maraqlarını bütün siyasi proseslərin fövqündə tutan ənənəvi müxalif başçıların peyda olması da ondan xəbər verirdi ki, “milli şura” alınan deyil, alınsa belə, bu qurum müxalifətin yeni didişmə mərkəzlərindən birinə çevriləcək. “Milli şura”nın tərkibinin mayın birinci yarısında elan olunacağı bildirilsə də, bu, inandırıcı görünmür. Çünki hələki bu qurumu ərsəyə gətirməli olan yuxarıda adları çəkilən tərəflər bir-birilərini sıradan çıxarmaqla, qəzet səhifələrində bir-birilərini ittiham etməklə məşğuldurlar.
Bu barədə “Palitra”ya fikirlərini bildirən millət vəkili Zahid Oruc belə qeyd edir: “Milli şura” müxalifət üçün yalnız yeni uğursuzluqlar, parçalanma və pessimizmin daha da artmasını vəd edir. “Milli şura” yaransa belə, bu qurum müxalifət düşərgəsinin daha da cılızlaşmasına, münasibətlərin gərginləşməsinə səbəb olacaq. Ona görə də “milli şura”nın müxalifət və ümumiyyətlə, Azərbaycandakı siyasi proseslər, cəmiyyət üçün heç bir xeyri olmayacaq”.
Başqa bir məqam isə ənənəvi müxalifət başçılarının Rüstəm İbrahimbəyovun və dolayı olaraq onun yaxını Eldar Namazovun söz sahibi olmaq istədikləri bir qurumda yer almağa sürüklənməsi, meyillənməsidir. Bu barədə fikirlərini bildirən Z.Oruc belə qeyd etdi: “İsa Qəmbər, Əli Kərimli kimi ənənəvi müxalif başçıların müxalifətin “xaç atası” olmaq fikrinə düşmüş Rüstəm İbrahimbəyova “beyət” etməyə vadar olması onların tərəfdarları və partiya üzvləri arasında birmənalı qarşılanmayacaq. Müsavat və AXCP üzvləri öz partiya başçılarının yaxalarından yapışacaqlar ki, bəs sən özün lider olmaq istəyirdin, indi isə kiminsə lider olmasına qol qoymusan. Belə isə biz sənin kimi başqasının təsirinə düşən, dedikləri ilə durub-oturan bir partiya başçısını neynəyirik? Belə bir gözlənti var ki, əgər həmin başçılar Rüstəmə “beyət” etsələr, həmin ənənəvi partiyalarda ciddi “yarpaq tökümü” baş verəcək, üzvlər həmin partiyaları tərk edəcəklər”.
Digər bir məsələ isə Rüstəm İbrahimbəyov kimi siyasi baxımdan naşı olan birinin ənənəvi müxalifət partiyalarını, onların başçılarınnı “milli şura rəhbəri” kimi yönləndirəcəyidir. Millət vəkili qeyd edir: “Bu məsələ də əslində İsa Qəmbər, Əli Kərimli kimi başçıların müxalifət düşərgəsində nüfuzunu daha da aşağı salan məqamlardandır. Axı artıq müxalifətdə də hamı bilir ki, Rüstəm İbrahimbəyov siyasət adamı deyil. Bu adam şəxsi um-küsüləri və biznes iştahına görə durub “siyasətçilik” edir. Onun maraqları ötəridir. İndi birdən-birə onun müxalifətə “başçılıq” etməsi müxalifətin ümumi imicinə və mübarizəsinə yalnız ziyan gətirə bilər. Bunu bütün ekspertlər də qeyd edir. Amma müxalif başçılar bu məntiqi görməyərək, müəmmalı bir şəkildə onu “başçı” kimi görməyə çalışırlar. Bu da onların özlərinin nə qədər siyasətə “bələd” olduqlarını açıq göstərir”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək
21.11.2019
Bakı və Təbriz şəhərləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
21.11.2019
Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb
21.11.2019
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
21.11.2019
Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info