Azərbaycan şərablarının Çinə ixracı genişləndirilir
Tarix: 25.08.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Azərbaycan şərablarına xarici ölkələrdə, o cümlədən Çində maraq və bu məhsulun ixrac potensialı genişdir.
AZƏRTAC Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadla xəbər verir ki, bu fikir İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə ölkəmizdə şərab istehsalı və ixracı ilə məşğul olan 10-dan çox şirkətin nümayəndəsi ilə keçirilən görüşdə səsləndirilib.
İxracatçılar Klubu çərçivəsində keçirilmiş görüşdə Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının, o cümlədən şərabın istehsalı və ixracı, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə Azərbaycanın Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin olunub, Belarusda Ticarət Evi açılıb.
Bildirilib ki, Azərbaycan şərablarına xarici ölkələrdə, o cümlədən Çində maraq və bu məhsulun ixrac potensialı genişdir. Məhz bu səbəbdən yerli şərablarımızın Çinə ixracının genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür, Çin Xalq Respublikasındakı ticarət nümayəndəmiz iş adamları ilə görüşür, onlara dəstək göstərir, ixracın genişləndirilməsinə dair müzakirələr aparılır.
Görüşdə Çin Xalq Respublikasındakı ticarət nümayəndəmiz Teymur Nadiroğlu təmsil etdiyi ölkənin bazarı barədə məlumat verib, Azərbaycanın şərab məhsullarının bu bazara çıxarılması və satışının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb, iş adamları ilə bu sahədə fikir mübadiləsi aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info