Biləsuvarda qəzalı vəziyyətdə olan körpü bərpa edilib
Tarix: 25.08.2017 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində kollektor üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş avtomobil körpüsü əsaslı şəkildə bərpa olunub.
 
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, bərpa işləri zamanı körpünün dayaqları bərkidilib, dəmir-beton aşırım tirləri yeniləri ilə əvəzlənib, plitələrin üstü (hərəkət hissə) betonlanıb, daha sonra körpü üzərinə asfalt-beton örtük döşənib və kənarlarına yeni mühəccərlər quraşdırılıb. Körpü sabahdan etibarən sürücülərin istifadəsinə veriləcək.
 
Xatırladaq ki, 1973-cü ildə inşa olunan 3 aşırımlı körpü ötən ay ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Uzunluğu 30 metr, eni isə 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info