Messinin atası “Manchester City“ ilə danışıqlara başlayıb
Tarix: 25.08.2017 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Argentina milli komandasının futbolçusu Lionel Messinin atası və eyni zamanda meneceri olan Xorxe Orasio Messi İngiltərənin “Manchester City” klubu ilə danışıqlara başlayıb.
Goal.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, ötən ay “Barcelona” ilə 30 yaşlı hücumçu arasında müqavilə müddətinin 2021-ci ilədək uzadılmasına dair razılıq əldə edilsə də, şərtlər dəyişib. Kataloniya klubunun transfer siyasətindən narazı olan Messi iş yerini dəyişmək niyyətindədir.
Məlumata görə, “Manchester City” argentinalı futbolçunu 30 iyun 2018-ci ildə “Barcelona” ilə sözləşməsinin vaxtı başa çatdıqdan sonra pulsuz heyətinə qatacaq. Hərçənd, bir neçə gün öncə İngiltərə təmsilçisinin hücumçu üçün 300 milyon avro ödəməyə hazır olduğuna dair xəbərlər çıxmışdı.
Qeyd edək ki, “Barcelona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Neftçi” Antalyada növbəti yoxlama oyununu keçirib
23.01.2019
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info