Komitə sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb
Tarix: 25.08.2017 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov avqustun 25-də Şabranda vətəndaş qəbulu keçirib. Qəbulda Şabran rayonu ilə yanaşı, Siyəzəndən olan vətəndaşlar da iştirak ediblər.
Komitədən bildirilib ki, qəbulda iştirak edən vətəndaşlar daşınmaz əmlakın sənədləşdirilməsi, o cümlədən əmlaka çıxarış, texniki pasport və digər sənədlərin alınması, dövlət mülkiyyətində olan əmlakın icarəsi və özəlləşdirilməsi ilə bağlı müxtəlif səpkili müraciətlərini səsləndiriblər. Müraciət edənlərin bir qismi onlara məxsus fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi, pay torpağı və mənzillərin qeydiyyatı, torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələlərini bildiriblər.
Bəzi müraciətlər torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatınazidd istifadəsi, torpaqların icarəyə (istifadəyə) verilməsi zamanı komitədən rəylərin alınması məsələləri barədə olub. Vətəndaşlara bildirilib ki, torpaqların icarəyə (istifadəyə) verilməsi yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi ilə mümkündür.
Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyini diqqətə çatdırıb. Təyinatına uyğun olmadan istifadə edilən torpaq sahələrinin sonradan sənədləşmə prosesi də çətinləşir. Bildirilib ki, bir çox hallarda kənd təsərrüfatı məqsədli torpaqların təyinatı dəyişdirilir və ya tamamilə istifadəsiz saxlanılır.
Qeyd olunub ki, torpaqların istifadəsi ilə bağlı hüquqi tələblər gözlənilməlidir, kənd təsərrüfatı torpaqları təyinatına uyğun istifadəyə qaytarılmalıdır. Torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsi son nəticədə həm vətəndaşların, həm də dövlətin mülkiyyət mənafelərinə xidmət edir. Məqsədli istifadəyə riayət olunması torpaqların iqtisadi dövriyyəsini və səmərəsini artırır, torpaq münbitliyinin korlanması və meydana çıxa biləcək hüquqi mübahisələrin qarşısını alır.
Qəbul zamanı bələdiyyə torpaqlarının sənədləşdirməsi məsələlərinə də yer verilib. Qeyd olunub ki, sənədləşdirmə zamanı ilkin hüquqmüəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Komitə sədri qəbulda diqqətə çatdırıb ki, vətəndaşların sorğularını və təkliflərini nəzərə alaraq geniş hüquqi məsləhət xidmətləri göstərilir. İstənilən vətəndaş hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində təmənnasız olaraq hüquqi yardımdan faydalana bilər. Komitənin hüquqşünasları və ekspertləri vətəndaşın qeydiyyatla bağlı istənilən sualını, o cümlədən yeni əmlakların qeydiyyata alınması, hüquqi sənədlərin tələblərə uyğunluğu ilə bağlı məsələlər barədə müraciətini cavablandırır və ona hüquqi istiqamət verir.
Komitə sədri vətəndaşları dinləyərək bir sıra müraciətlərin dərhal həlli üçün tapşırıqlarını verib. Eyni zamanda, bir sıra müraciət araşdırma tələb etdiyi üçün qeydiyyata alınıb. Komitənin vətəndaşlara xidmətlərdə rahatlıq, şəffaflıq və əlçatanlıq prinsiplərinin gücləndirilməsi barədə həyata keçirdiyi innovativ tədbirlər barədə də qeyd olunub. Məmnunluğun artırılması, vaxt itkisinin qarşısını almaq məqsədilə elektron, onlayn və SMS xidmətlərin əhalinin aktiv istifadəsində olduğu vurğulanıb. Son olaraq tətbiq edilən “Elektron çıxarış”, “Elektron hərrac” bunlara nümunə olaraq göstərilə bilər. “Elektron çıxarış” vasitəsilə artıq vətəndaş daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında (https://www.e-gov.az/az/services) yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir.
Dövlət əmlakının özəlləşdirilməsi tədbirlərindən söz açan K.Həsənov yeni tətbiq edilən “Elektron hərrac” xidməti barədə vətəndaşlara məlumat verib. Belə ki, bu xidmət vasitəsilə artıq vətəndaş olduğu yerdən, heç bir yerə getməyərək onlayn qaydada hərracda iştirak edə bilər. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb. Komitə sədri müraciət edən vətəndaşların hər birini diqqətlə dinləyib, onların müraciətində bildirdiyi məsələlərlə bağlı müvafiq tapşırıqlarını verib. Qarşıdakı dövrdə də belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info