Yeni layihənin icrasına başlanılıb
Tarix: 25.08.2017 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Cəbhə bölgələrində, xüsusilə döyüş mövqelərində xidmət keçən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə yeni layihənin icrasına başlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, görkəmli psixoloqların, eləcə də ictimaiyyətin nümayəndələrinin cəlb edildikləri tədbirlərdə fərdi və kompleks yanaşma üsulu ilə hərbi qulluqçuların mənəvi-psixoloji durumu öyrənilir, arzu və təklifləri nəzərə alınır, reabilitasiya tədbirləri həyata keçirilir. Əgər bir əsgər özünə qapanıbsa, ürəyində gizli saxladığı hər hansı sirri varsa, onun qəlbinə yol açılır, emosional təsir vasitələrinin - canlı sözün, musiqinin, ağsaqqal məsləhətinin təsiri ilə daxili aləmi öyrənilərək narahatlıq və həyəcanına son qoyulur.
Düşmənlə təmas xəttində, zirvələrdəki ön səngərlərdə təşkil olunan görüşlərdə Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair-publisist Barat Vüsal, Gəncə Dövlət Universitetinin qocaman dosenti, ədəbiyyatşünas-alim Aydın Nağdəliyev Vətən müdafiəçiləri ilə səmimi söhbət edib, onları maraqlandıran sualları cavablandırıb, Azərbaycan ədəbiyyatında Vətən, vətənpərvərlik, Vətənin müdafiəsi, qəhrəmanlıq ənənələri barədə ətraflı məlumat veriblər.
Barat Vüsal yeni şeirlərini oxuyub, Aydın Nağdəliyev Oğuz elinin ağsaqqalı Dədə Qorqudun deyimləri ilə döyüşçülərə öyüd-nəsihət verib, “İgidin başına hər nə gəlibsə, uyğudan gəlib”, - deyə onları hər an döyüş mövqeyində ayıq-sayıq, ehtiyatlı olmağa çağırıb.
Əsgərlər qonaqlara ürəklərini açıb, işğal altında olan torpaqları azad etməkdən başqa özgə problemlərinin olmadığını deyiblər.
Layihənin müəllifi, Əməkdar İncəsənət Xadimi A.Qurbani bildirib ki, belə tədbirlər şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında formalaşmasına, öz vəzifə məsuliyyətlərini daha dərindən dərk etmələrinə, bütün qayğılardan uzaq olaraq yalnız Vətənə sevgi, dövlətə sədaqətlə milli təhlükəsizliyimizi etibarlı şəkildə qorumalarına möhkəm zəmin yaradır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info