Kubada 16 amerikalı diplomat zərər çəkib
Tarix: 25.08.2017 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Kubada insident nəticəsində ABŞ səfirliyinin 16 əməkdaşının zərər çəkdiyini bildirib. Dövlət Departamentində hesab edilir ki, səfirliyin əməkdaşları “akustik hücuma” məruz qalıblar. “CBS News” telekanalının tibbi ekspertizanın nəticəsinə istinadla yaydığı məlumata görə, həkimlər Kubada bir neçə amerikalı və kanadalı diplomata “yüngül kəllə-beyin travması” diaqnozunu qoyublar. “RİA Novosti” xəbər verir ki, brifinqdə çıxış edən H.Noyert insidentin mahiyyəti, onun arxasında kimin dayanması və zərərçəkənlərin vəziyyəti barədə danışmaqdan imtina edib. O deyib: “Təhqiqat davam edir. Biz təqsirkarları tapmaq və məsuliyyətə cəlb etmək istəyirik”. H.Noyertin sözlərinə görə “insidentin mənbəyi” hələ ki aşkar edilməyib. “CBS News” telekanalının məlumatına görə, ABŞ və Kuba bir neçə ay “akustik hücumu” məxfi müzakirə edib. Kuba FTB agentlərinə və Kanada polisinə öz ərazisində təhqiqat aparmağa icazə verib. Lakin müvafiq hücumu həyata keçirən qurğu tapılmayıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info