Hindistanla Çin arasında ərazi mübahisəsi böyüyür
Tarix: 25.08.2017 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Çin Xarici İşlər Nazirliyi: “Dehlinin sərhəddə tikinti qərarı vəziyyəti ı daha da ağırlaşdıra bilər”

Çinlə Hindistan arasındakı iyunun ortalarından başlayan gərginlik hələ ki, səngiməyib, əksinə daha da böyüməkdədr. Bir müddət əvvəl iki ölkə arasında yalnız Doklam yayla sahəsi mübahisəli ərazi kimi göstərilirdi. İndi isə Banqonq rayonu da mübahisə predmetinə çevrilib.
Ötən həftə “Hindistan Times” nəşri rəsmi Dehlinin Banqonq gölündən başlayaraq 20 kilometrlik yolun inşası ilə bağlı qərarı təsdiqləməsi barədə xəbər yaymışdı. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin dərhal bəyanat verərək Dehlinin bu addımını qarşıdurmanı daha da ağırlaşdıra biləcəyini qeyd etdi. O, bəyanatında qeyd edib ki, sərhəd zonasında belə tikintinin aparılması iki ölkə arasındakı sərhəd xəttinə dair danışıqlara qayıtmağın mümkünsüz edə bilər. Xatırladaq ki, Aksay-Çin bölgəsinin yaxınlığında yerləşən Banqonq gölünə Çin tərəfi nəzarət etsə də, Hindistan dövləti bu ərazilərə iddialıdır. O da qeyd edilməlidir ki, iki ölkə arasındakı bu ərazidə sərhəd pozulmaları halları mütəmadi olaraq baş vermir. Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi dəfələrlə Hindistan tərəfinin siyasətinin qəbuledilməz olduğu barədə bəyanatlar verib. Rəsmi Pekin Dehlinin bu hərəkətlərini “qonşunun suverenliyini və ərazi bütövlüyünü pozmaq” kimi dəyərləndirir. Pekin Hindistan dövlətini uğursuz siyasət yeritməkdə ittiham edib. Bununla belə, Çin rəhbərliyi yaranmış vəziyyəti müzakirə etməyə hazır olduqlarını bildirib. Çinin Xarici İşlər Nazirliyi rəsmisi Hua Çunin Dehlinin siyasətini “öz üzünə sillə vurmaq” kimi dəyərləndirib. Pekin hesab edir ki, bu addımlar bölgədəki sülh və sabitlik üçün təhlükə yaradır. Ötən həftə KİV-lərdə Hindistan və Çin hərbçiləri arasında toqquşma baş verdiyi barədə xəbərlər dərc edilmişdi. “Times of India” nəşrinin məlumatına görə, toqquşmadan sonra tərəflər müəyyən edilmiş mexanizm çərçivəsində əvvəlki mövqelərinə çəkiliblər. Çin hesab edir ki, Hindistanın bəyanatı ilə əməlləri arasındakı uyğunsuzluq var. Çin lideri Si Çzinpin Çin Xalq Qurtuluş Ordusunun 90-cı ildönümündə etdiyi çıxışda bu məsələ ilə bağlı bunları deyib: “Pekin sülh və dialoq tərəfdarıdır. Ancaq kimsəyə ərazisinin kiçik bir sahəsini belə, zəbt etməyə icazə verməyəcək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info