Dünya çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşib
Tarix: 28.08.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Avqustun 28-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı start götürür.
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də yekun vurulacaq çempionatda ölkəmizi 17 cüdoçu (9 kişi, 8 qadın) təmsil edir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti hazırda Macarıstanda səfərdədir.
Çempionatın püşkatma mərasimində Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, milli federasiyaların rəsmiləri, yığma komandaların məşqçiləri, tanınmış cüdoçular iştirak ediblər.
Püşkatma nəticəsində Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub. Çempionatda 60 kiloqram çəki dərəcəsində yarışacaq Orxan Səfərov Tapiva Pavari (Zimbabve) - Yanislav Qerçev (Bolqarıstan) cütlüyünün qalibi, Nicat Şıxəlizadə (66 kq) isə qazaxıstanlı Eldos Jumaxanov ilə üz-üzə gələcəklər. Rüstəm Orucov (73 kq) Aqil Qjakov (Kosovo) - Xavyer Ramires (İspaniya) qarşılaşmasının qalibini sınağa çəkəcək. Hidayət Heydərov (73 kq) Mərakeş təmsilçisi Əhməd Əl Mezaati, Məmmədəli Mehdiyev (90 kq) rumıniyalı Kristian Bodirlau, Tural Səfquliyev (90 kq) perulu Xose Aroyo ilə döyüşəcək. Dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Elxan Məmmədov Luis Medina (Dominikan) - Kayl Reyes (Kanada) görüşünün, Elmar Qasımov isə Otqonbatar Lxaqvasuren (Monqolustan) - Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibləri ilə yarışacaqlar. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində isə Uşanqi Kokauri braziliyalı Rafael Silva ilə qarşılaşacaq.
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva (48 kq) yaponiyalı Funa Tonaki, Erdenabat Bazarraqça (48 kq) rumıniyalı Aleksandra Pop ilə üz-üzə gələcəklər. Çempionatda 52 kiloqram çəki dərəcəsində Nəzakət Əzizova Mərakeş təmsilçisi İkram Soukate, Purevsuren Buyankışinq rusiyalı Natalya Kuzyutina ilə görüşəcəklər. Həmçinin 57 kiloqram çəki dərəcəsində Munktsedev İçinkolo Joan Ekusoan (İspaniya), Səkinə Zairova slovakiyalı Viktoriya Mayorosovanı sınağa çəkəcəklər. Gülsədəf Kərimova (63 kq) Anrikelis Barrios (Venesuela), İrina Kindzerska (78 kq-dan yuxarı) toqolu Essoxanam Koros ilə qarşılaşacaqlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info