Azərbaycan və Ermənistan dini liderlərinin Moskvada görüşü olacaq
Tarix: 28.08.2017 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüşdə müzakirə olunacaq bəzi məsələlər məlum olub.

APA-nın Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 7-də Moskvaya yola düşəcək.

Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq.

Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.

QMİ mətbuat xidmətindən də belə bir görüşün keçiriləcəyini təsdiqləyiblər.

Qeyd edək ki, əvvəllər də dini liderlərin bu formatda görüşləri keçirilib.

***

saat 12.07

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram Melikyan bildirib ki, görüşün sentyabrın 8-i Moskvada keçirilməsi gözlənilir.

Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.



Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info