Gürcüstanın ali məktəblərinə 673 azərbaycanlı qəbul olub
Tarix: 28.08.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Gürcüstanda milli azlıq nümayəndələri arasında “1+4” proqramı ilə ali məktəblərin hazırlıq kurslarına qəbul olan tələbələr arasında azərbaycanlılar birinci yeri tutub.
Gürcüstan Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin statistik məlumatına görə, adıçəkilən proqram üzrə ali məktəblərə qəbul olan azərbaycanlı tələbələrin sayı 673, erməni tələbələrin sayı isə 373 nəfər təşkil edib.
Azərbaycanlı tələbələrin ən çox qəbul olunduğu ali məktəblərin ilk üçlüyünə Gürcüstan Texniki Universiteti (228 nəfər), İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (206 nəfər) və İlya Dövlət Universiteti (147 nəfər) daxildir. “1+4” proqramı ilə Gürcüstanın ali məktəblərinin hazırlıq kurslarına qəbul olan azərbaycanlı tələbələrin yalnız 83-nün təhsili dövlət tərəfindən tam maliyyələşdiriləcək. Yerdə qalan tələbələr üçün illik təhsil haqqı 1500-2250 lari təşkil edir.
Qeyd edək ki, Gürcüstanda 2010-2011-ci tədris ilindən tətbiqinə başlanılmış “1+4” proqramına əsasən milli azlıqlardan olan abituriyentlər doğma dillərində ümumi biliklər üzrə imtahan verərək ali məktəbin intensiv gürcü dili kursuna daxil olur. Bir illik kursu başa vuran tələbələr tələb olunan krediti topladıqdan sonra bakalavr pilləsi üzrə təhsilini davam etdirir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər
23.05.2019
Baş nazir: Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı məsələ dostluq münasibətlərimizin ruhuna uyğun həll olunacaq
23.05.2019
Rusiya “ərəb NATO-su”na qarşı: “Bu, çox təhlükəli yoldur”
23.05.2019
ABŞ Türkiyəyə vaxt verib: Ankara təkzib edir
23.05.2019
Türkiyə və Yunanıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info