Ucarda “Orwell House” layihəsinin icrasına başlanılıb
Tarix: 28.08.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Gələcək“ İntellektual İnkişafa Yardım İctimai Birliyi gənclər arasında kitab oxumaq vərdişini aşılamaq, kitab mütaliəsinə marağı artırmaq, texnoloji inkişafın, xüsusilə də internetin gənclərdə kitab oxumağa olan marağına mənfi təsirini azaltmaq və asudə vaxtlarını səmərəli keçirmələrinə yardım etmək məqsədi ilə Ucar rayon Gənclər Mərkəzində “Orwell House” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Book Cafe təşkil edilib. İctimai birliyin sədri Kazım Məmmədov qeyd edib ki, “Orwell House” layihəsi məktəblilərin intellektual səviyyələrini yüksəltməklə yanaşı, onların məktəb fənləri üzrə test vəsaitlərindən, onlardan əvvəlki məzunların təcrübələrindən yararlanmasına, həmçinin şahmat və digər məntiq, ağıl oyunları ilə zehinlərini inkişaf etdirməsinə imkan yaradacaq: “Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə əlaqədar son zamanlar gəclərin kitaba marağı azalıb. Lakin buna baxmayaraq, kitab oxumaq, ümumiyyətlə, mütaliə etmək hər zaman aktuallığını qoruyub saxlamalıdır. Bunun üçün də region gənclərinin kitaba marağının artırılması baxımından müxtəlif aksiyalar təşkil edilməsi aktuallığı daha da artırır”. Layihə rəhbəri Əli Əliyev və klubun digər üzvləri layihənin gənclərdə kitaba olan münasibətinin müsbət istiqamətdə dəyişəcəyinə inandıqlarını və ilk gündən 40 dan çox gəncin layihəyə qoşulmasının bunun bir sübutu olduğunu qeyd ediblər. Layihə iştirakçıları da bu aksiyadan çox şey gözlədiklərini bildiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info