Naxçıvanda növbəti tədbir Bəhruz Kəngərlinin yaradıcılığına həsr edilib
Tarix: 28.08.2017 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə növbəti maarifləndirici tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Bəhruz Kəngərli yaradıcılığı” mövzusunda keçirilən maarifləndirici tədbirdə çıxış edən xidmətin əməkdaşı Samir Abbasov belə tədbirlərin əhəmiyyətindən danışıb.
Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli görkəmli rəssamın yaradıcılığından bəhs edib. Bildirib ki, dahi rəssam müxtəlif mövzularda öz fırçasını sınasa da, bütün yaradıcılığı Vətənə, torpağa, xalqa, taleyimizə bağlı olub. O, dövrünün qabaqcıl ziyalılarının portretləri üzərində işləyib, karikatura və satirik rəsmlər, memarlıq, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və rəngkarlıq əsərləri yaradıb. Onun yaradıcılığında bir sıra əsərlər də var ki, bütövlükdə, xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını əks etdirir. Bəhruz Kəngərli 1918-1920-ci illərdə mənfur erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edib, öz ana torpaqlarından zorla qovulan və Naxçıvana pənah gətirən azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər də yaradıb. Tarixi reallıqları özündə əks etdirən bu rəsm əsərləri daşnakların törətdikləri qırğınların, deportasiyaların, ümumən, millətimizin üzləşdiyi dərdlərin gələcək nəsillərə çatdırılmasında əvəzsiz mənbədir.
Qeyd edilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il mayın 22-də imzaladığı Sərəncamı ilə yaradılıb. 2002-ci il iyunun 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılıb. Eyni zamanda, muxtar respublikada yubiley münasibətilə poçt markası, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb. Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurularaq 2013-cü ildə istifadəyə verilib. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə olunur.
Tədbirdə Bəhruz Kəngərlinin yaradıcılığı ilə bağlı videoslayd nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları Bəhruz Kəngərli Muzeyində olublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info