Şəhidin xatirə lövhəsi açılıb
Tarix: 28.08.2017 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Xətai rayonundakı Cavanşir küçəsində ötən il aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Xaliq Əzizzadənin yaşadığı binaya xatirə lövhəsi vurulub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a xəbər veriblər ki, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və YAP Xətai rayon təşkilatının üzvlərinin iştirakı ilə həmin münasibətlə keçirilən tədbir mərhum döyüşçünün xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Milli Məclisin deputatları Səməd Seyidov, Qənirə Paşayeva, Adil Əliyev və Fuad Muradov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva və başqaları çıxış edərək vurğulayıblar ki, aprel döyüşləri xalqımızın döyüş ruhunu və iradəsini, Azərbaycan ordusunun güc və qüdrətini göstərən qəhrəmanlıq tarixidir. Bu tarixi Xaliq və onun kimi Azərbaycan əsgərləri yazıb. Aprel döyüşləri xalqımızın mübarizə əzminin, döyüş qabiliyyətinin və zəfər çalmaq bacarığının nümayişinə çevrildi. Əbəs yerə deyildir ki, indi gənc nəsillər, torpaqlarımızın gənc müdafiəçiləri onların qəhrəmanlıq yollarını özləri üçün örnək seçərək Vətənin müdafiəsinə yollanırlar.
Natiqlər qeyd ediblər ki, ötən ilin aprelində azad edilən torpaqlarda bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər ilk dəfə olaraq doğma yurd-yuvalarına qayıdırlar. Elə buna görə də bütün Azərbaycan xalqı öz əsgərləri, igidlik göstərib şəhid olan Xaliq kimi oğulları ilə fəxr edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info