Hüquqi dövlət quruculuğu sahəsində ardıcıl islahatlar aparılır
Tarix: 03.05.2013 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


“Şəxsiyyətindən, keçmiş xidmətlərindən, adından-sanından asılı olmayaraq hər kəs qanuna tabe olmalıdır. Qanunun aliliyi hamı üçün eyni olmalıdır: adi vətəndaş üçün də, vəzifəli şəxs üçün də, prezident üçün də”.
Heydər ƏLİYEV
Heydər Əliyev tərifə, tərənnümə sığışmayan şəxsiyyətdir. Bizim vəzifəmiz onun bütün sahələrdə, xüsusən, dövlətçilik sahəsində yaratdığı zəngin təcrübəni öyrənməkdən və geniş xalq kütlələrinə öyrətməkdən ibarətdir.
Məhz Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik təmin olundu, zorakı dövlət çevrilişlərinin qarşısı alındı, qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı.
Bu dövrdə ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, həyatın bütün sahələrində nailiyyətlərin əldə olunması, habelə köklü hüquqi islahatların aparılması, o cümlədən ədliyyə orqanlarının fəaliyyətinin inkişafının təmin edilməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərimiz müasir məhkəmə və ədliyyə sisteminin inkişafında müstəsna xidmətlər göstərib. Onun rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi.
Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarınm hüquqlarının, azadlıqlarının təmin edilməsi, müdafıə olunması ümummilli liderin xidmətidir. Heydər Əliyevin bu sahədə ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbuludur. Ölkə prezidenti Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Ulu öndərimizin rəhbərliyi ilə hazırlanan Konstitusiya layihəsi Azərbaycan xalqının müzakirəsinə verildi və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilərək 27 noyabr 1995-ci il tarixdən qüvvəyə mindi.
Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, ilk dəfə Azərbaycan Konstitusiyasında dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilib. Ümumiyyətlə, Konstitusiyanın III fəsli (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir.
Ümummilli liderimiz Heydər Əliyev hüquq mühafizə orqanlarının fəaliyyətini daha da yaxşılaşdırmaq, bu sahədə dövlət idarəçiliyini təkmilləşdirmək məqsədi ilə “Cinayətkarlığa qarşı mübarizə və hüquq qaydalarının daha da möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli sərəncam imzalayıb.
Ölkəni daim inkişafda görən ulu öndərimiz demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu daha da sürətləndirmək məqsədilə 21 fevral 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaradılması barədə qərar qəbul edib. Həmin Komissiyanın hazırladığı Avropa standartlarına uyğun Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin, Mülki-Prosessual Məcəllənin layihələri, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, eləcə də “Notariat haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin seçkiləri haqqında” və digər qanunların qəbul edilməsi ilə milli qanunvericilik sistemimiz köklü şəkildə dəyişdi və müasirləşdi.
Ölkəmizdə bununla yanaşı, hüquqi islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatları həyata keçirilməyə başlayıb. İlk dəfə olaraq üçpilləli məhkəmə sistemi yaradılıb. Hakimlərin obyektiv və şəffaf prosedurlar, test üsulu ilə seçiminə başlanıldı. Bu baxımdan “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və digər qanunların qəbulu mühüm əhəmiyyətə malikdir.
1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə ölüm cəzası ləğv edilib. Bu, ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Bütövlükdə Şərq aləmində ilk dəfə yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib.
Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafıəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair” dövlət proqramı mühüm rol oynayıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafiəsi sahəsində daha ciddi nailiyyətlər əldə edilməyə başlandı.
Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması, təbii ki, ümummilli liderin adı ilə bağlıdır. 1998-ci il avqustun 6-da Heydər Əliyev “Ölkədə söz, fıkir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Bu fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafızə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.
22 fevral 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin ədliyyə fəaliyyəti xüsusi diqqətdə saxlanılıb, onun demokratik qurum kimi formalaşması üçün ardıcıl tədbirlər həyata keçirilib. Ümummilli liderin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü elan edilib.
Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və əzmi nəticəsində 2001-ci ilin 25 yanvarında Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tam hüquqlu üzv qəbul edildi, bu da ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsinə, insan hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılmasına, qanunun aliliyinin təmin olunmasına təkan verdi.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 19 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı fərman imzalayan Prezident İlham Əliyev bəzi məhkəmə instansiyalarının fəaliyyəti ilə bağlı vətəndaşlarda narahatlıq doğuran məqamların aradan qaldırılması istiqamətində mühüm addım atıb. Həmin fərmanla regionlarda apelyasiya və yeni iqtisad məhkəmələrinin yaradılması nəzərdə tutuldu. Bu da vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunması, onların məhkəməyə müraciət etmək imkanlarının asanlaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı oldu.
Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış orqanı - İnsan hüquqları Şurasına üzv seçilib. Bu hal Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artdığını bir daha təsdiqləyir.
Ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixdə imzaladığı sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Bundan əlavə, dövlət başçısı İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanunu xüsusi qeyd etmək lazımdır.
Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin genişləndirilməsinə və müasirləşdirilməsinə xidmət edən bir sıra fərmanlar, sərəncamlar imzalayıb. Belə ki, dövlət başçısı 18 aprel 2006-cı il tarixli fərmam ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni təsdiqləyib. Bu dövrdə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin 26 may 2006-cı il tarixli iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun qəbul edilib. Sənəd ədliyyə orqanlarında, idarə və təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edib.
Aparılan islahatlar çərçivəsində ölkə Prezidenti İlham Əliyevin 17 avqust 2006-cı il tarixində imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmanla Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri dəqiq müəyyən edilmiş, üzərinə yeni məsul vəzifələr qoyulmuş, yeni struktur qurumlar yaradılıb.
Beləliklə, bu gün Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində aparılan siyasət ardıcıl şəkildə uğurla davam etdirilir, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasını şərtləndirir.
Arif İMANOV
Səbail rayon İcra şöbəsinin rəis müavini vəzifəsini icra
edən 1-ci dərəcəli ədliyyə
qulluqçusu




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info