“Retro Bakı” konsertləri “Qarabağ” klubuna həsr olunub
Tarix: 28.08.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə bu həftə sonu keçirilən “Retro Bakı” konsertləri “Qarabağ” futbol klubunun qalibiyyətinə həsr olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Rahidə Baxışova, Yaşar Yusub, Əməkdar Artist Ruhəngiz Allahverdiyeva, Abbas Əhməd, Çinarə Bəkirova, Dua Murad, Rauf Əhmədov, Həmidə Hüseyn, Könül Məmmədli, Aksay və Samir, Orxan Babazadə, Elvin Abbasov, Elçin İsmayılzadə, İlqar Sadıqov, Sima Qasımova, Fərhad Xəlif, Nəcəf Nəcəfzadə, Aynur Əliyeva, Səma Heydərova, Nəzrin Məsmalıyeva, Ruslan Zülfüqarov, Ani Musagi, “Səma” rəqs qrupu, “Renessans” və “İnci” qruplarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.
Həmçinin, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin iştirakı da böyük maraqla qarşılanıb.
Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.
Konsert ərzində “Qarabağ” futbol klubunun tarixi oyunundan video görüntülər nümayiş olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22.02.2019
“Barcelona arzularımın komandasıdır”
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub
22.02.2019
Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info