Ermənistan şikayətlərin sayına görə birinci yerdədir
Tarix: 28.08.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Bütün sahələrdə iflasa uğrayan Ermənistanda hökm sürən qanunsuzluq mühiti narazı insanların sayını artırıb. Buna görə də işğalçı ölkə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin sayına görə birinci yerdədir.
AZƏRTAC xəbər verir ki, Ermənistan Avropa Şurasına üzv olan dövlətlər arasında bu qurumun insan hüquqları məhkəməsinə ən çox müraciət edilən ölkədir. Bu hesabat əhalinin hər 100 min nəfərinə düşən şikayətlərin sayına görə aparılıb. Ermənistanın hüquq müdafiəçisi Vahi Qriqoryan bildirib ki, təqdim olunan statistik göstəricilər ermənilərin məhkəmə sisteminə inamsızlığı bir daha təsdiqləyib. İşğalçı ölkədə vəkillər də məhkəmədən və hakimlərdən narazıdırlar. Bu səbəbdən də hüquq müdafiəçiləri İrəvanda aksiya keçirməyə hazırlaşırlar. Onlar əsasən məhkəmə zalına girişdə üzərlərində aparılan yoxlamalara etiraz edirlər. Bu barədə vəkil Ayuk Alumyan məlumat verib. Onun sözlərinə görə, belə davranış nəinki qeyri-qanuni, həm də təhqiredicidir. Alumyan deyib ki, sonuncu dəfə məhkəmə məmurları ilə bununla bağlı mübahisəsi düşüb və o, müdafiə edəcəyi şəxsin məhkəmə iclasına buraxılmayıb. Vəkil Ermənistanda ilin əvvəlindən hüquqşünaslara qarşı görünməmiş təzyiqlər başlandığını da söyləyib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info