“Bakcell” şirkətinin “AppLab” Mərkəzi biznes planın hazırlanması üzrə intensiv təlim təşkil edib
Tarix: 28.08.2017 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


“Bakcell” şirkəti “AppLab” proqramının iştirakçılarının davamlı inkişafını dəstəkləmək məqsədilə təlimlərə başlayıb. “Bakcell” şirkətindən verilən məlumata görə, təlimlərin mövzuları seçilərkən şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən komandaların istək və ehtiyacları nəzərə alınıb. “Biznes planın qurulması” adlanan ilk təlimdə düzgün tərtib olunmuş biznes planının startapın uğur qazanmasında rolu, onun strukturu, hazırlanması, tətbiqi və qiymətləndirilməsi prosesi haqqında danışılıb. Təlimin sonunda “Applab” iştirakçıları üzərində çalışdıqları layihələrin ilk biznes planlarını qurublar.
“İştirak etdiyim bu ilk təlim sayəsində məhsulun satışa çıxarılması və investorlarla əlaqələrin qurulmasının müxtəlif üsulları barədə ətraflı məlumat əldə etmişəm. Bundan əlavə, bu təlim biznes planın hazırlanması və biznes planın istənilən startap üçün nə dərəcədə əhəmiyyətli olmasını əyani şəkildə sübut etdi”, – deyə “BuilDay” adlı tətbiqetmənin təsisçisi Sadıq Hüseynov bildirib.
Şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən 7 layihənin komanda üzvləri bundan sonra aşağıdakı mövzularda keçirilən təlimlərdə iştirak etməklə öz bacarıqlarını artıracaq:
1. Piçinq üzrə master klass
2. “Blockchain”-ə giriş üzrə intensiv təlim
3. İnvestorlarla Əlaqələrin İnkişaf etdirilməsi üzrə intensiv təlim
4. Biznes Planın Hazırlanması üzrə intensiv təlim
5. Layihələrin İdarə Olunmasının Əsasları üzrə təlim

Hər bir təlim əsas nəzəri hissə və praktiki hissədən (“case study”) ibarət olacaq. Ümumilikdə, təlimlərin müddəti 25 saatdır. 3 ay davam edəcək təlimlərdə “Applab” tərəfindən dəstəklənən komandalar düzgün biznes planın yazılması, layihələrin idarə olunması, investorlar qarşısında çıxış və əlaqələrin qurulması üzrə lazımi bilik və bacarıqlar əldə edəcək.
Təlimlər ölkə daxilində təlim, qiymətləndirmə və konsaltinq xidməti göstərən aparıcı şirkətlərdən olan “CAC Training Center” şirkəti ilə birgə təşkil olunur.
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot versiyadan hazır məhsul halına gətirilməsi üçün seçilmiş developerlərə kömək etmək məqsədilə yaradılmış sürətləndirilmiş icra modelidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info