Yaponiya polisi yüksək hazırlıq vəziyyətinə gətirilib
Tarix: 28.08.2017 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Yaponiya polisi parçalanmış mütəşəkkil cinayətkar qrupun üzvləri arasında baş verə biləcək toqquşmaya görə yüksək hazırlıq vəziyyətinə gətirilib. NHK telekanalının yaydığı məlumata görə, Yaponiyanın mütəşəkkil cinayətkar qrupu olan Yamaquçi-quminin parçalanmasından iki il ötür. 2015-ci ildə Yaponiyanın bu ən böyük mütəşəkkil cinayətkar sindikatının bir hissəsi əsas heyətdən ayrılaraq Kobe Yamaquçi-qumi qrupunu yaradıb. Yaponiya Milli Polis İdarəsinin bildirdiyinə görə, ötən müddətdə həmin qruplar arasında 97 qarşıdurma baş verib. Hakimiyyət orqanlarının həmin cinayətkar qrupların gəlir mənbələrini azaltmaq məqsədilə atdığı addımlar onlar arasında qarşıdurmanı daha da kəskinləşdirib. Onu da qeyd edək ki, Yaponiya özünümüdafiə qüvvələrinin quru qoşunları ölkənin mərkəzi hissəsində yerləşən Şizuoka prefekturasında döyüş atəşlərini yerinə yetiriblər. NHK telekanalı xəbər verir ki, bu təlimlər plan üzrə hər il təşkil olunur. Hiqaşi-Fuci poliqonunda həyata keçirilən təlimlərə özünümüdafiə qüvvələrinin 2400 hərbiçisinin, 80 hərbi texnikanın və 20 təyyarənin cəlb edildiyi bildirilir. Təlimlər zamanı Yaponiyanın cənub-qərbində yerləşən uzaq adalardan birinə desant çıxarılması əməliyyatı yerinə yetirilib. Məlumatda əlavə olunur ki, təlimlər zamanı 2 milyon 500 min dollar dəyərində 36 ton hərbi sursat istifadə edilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Böyük Britaniya parlamentariləri YPG / PKK terrorçuları ilə görüşdülər
18.09.2019
Gürcüstanda respondentlərin 78 faizi ölkənin Aİ-na, 71 faizi NATO-ya üzvlüyünü dəstəkləyir
17.09.2019
Prezident Əşrəf Qaninin mitinqinəǝ hücum ǝtəşkil edildi
17.09.2019
Tacikistan Qırğızıstana nota verib
17.09.2019
Əfqanıstan prezidentinin mitinqində BOMBALAR PARTLADI

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info