NATO baş katibi: “Avropa İttifaqı ölkələri NATO-dan asılıdır”
Tarix: 28.08.2017 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Yens Stoltenberq vahid Avropa ordusu ideyasının üstündən xətt çəkdi: “Avropanın NATO olmadan da keçinə biləcəyi ilə bağlı ritorikadan, Avropa komandanlığı, Avropa ordusu yaradılması kimi fikirlərdən, təkrarçılıqdan qaçmaq lazımdır”

“Avropa İttifaqı ölkələri NATO olmadan işin öhdəsindən gələ bilməzlər”. Bu sözləri alyansın baş katibi Yens Stoltenberq “Rzeczpospolita” nəşrinə verdiyi müsahibədə səsləndirib. Stoltenberq qeyd edib ki, NATO bu gün, demək olar ki, dünyanın əsas güclərinin bir araya gəldiyi ən güclü hərbi alyansıdır: “Bu güc Vaşinqton müqaviləsinin 5-ci maddəsinə əsaslanır.
Həmin maddədə göstərilir ki, üzv dövlətlərdən birinə olan hücum bütövlükdə NATO-ya olan hücum kimi qiymətləndirilir”. Avropa İttifaqının ümumi müdafiə siyasəti haqqında danışan NATO baş katibi deyib ki, burada rəqabətdən qaçmaq və fəaliyyəti artırmaq lazımdır: “Bunu bir çox Avropa liderləri tez-tez dilə gətirirlər. Biz isə daha çox Avropa gücü, müdafiəyə sahəsinə daha çox xərc istəyirik”. NATO baş katibi son vaxtlar geniş müzakirə olunan Avropa ordusu, NATO-dan kənar Avropa komandanlığı yaradılması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edək ki, ABŞ-da Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqtonla Avropa İttifaqı arasında müəyyən ziddiyyətlər yaşanır. Yeni Ağ Ev administrasiyasının NATO üzvlərindən müdafiə xərclərini artırmağı tələb etməsi Brüsseldə narazılıqla qarşılanıb.

“NATO kollektiv müdafiənin təminatçısıdır və Avropa İttifaqı ölkələri NATO olmadan işin öhdəsindən gələ bilməzlər”

Tramp açıq şəkildə bildirib ki, digər üzvlərin yerinə maliyyə xərcləmək fikrində deyillər. Bundan sonra Avropa paytaxtlarında vahid Avropa ordusunun yaradılması ilə bağlı məsələ gündəmə gəlib. NATO baş katibi isə “Rzeczpospolita” nəşrinə verdiyi müsahibədə bu məsələyə etirazını bildirib: “Avropanın NATO olmadan da keçinə biləcəyi ilə bağlı ritorikadan, Avropa komandanlığı, Avropa ordusu yaradılması kimi fikirlərdən, təkrarçılıqdan qaçmaq lazımdır. Ona görə ki, NATO kollektiv müdafiənin təminatçısıdır və Avropa ondan asılıdır”. Baş katib onu da bildirib ki, Britaniyada keçirilən “Brexit” onunla nəticələnib ki, alyansın Avropa İttifaqının xaricində müdafiə sahəsinə böyük miqdarda vəsait ayıran iki dövləti var - ABŞ və Britaniya: “Şərq cəbhəsində olan 4 döyüş qrupundan 3-nə Avropa İttifaqından kənar qüvvələr göndəriləcək. Ona görə də Avropa İttifaqına üzvü olmayan NATO üzvləri olmadan keçinmək imkanı yoxdur”. Yens Stoltenberq onu da bildirib ki, alyans Rusiya və Belarusun birgə keçirəcəyi “Qərb -2017” hərbi təlimlərində müşahidəçi kimi təmsil olunmaq istəyir: “NATO Belarus tərəfindən təlimlərə bir neçə günlük baxmağa dəvət edilib və biz buna razılıq vermişik. Bir neçə gün əvvəl Moskvadan da belə bir dəvət gəlib, amma hələ ki, qərar qəbul edilməyib. Bu dəvət hərbi təlimləri beynəlxalq hüquqa uyğun olaraq müşahidə etmək deyil. Biz isə təlimləri rəsmi şəkildə müşahidə etmək istəyirik. Son zamanlar biz bir-birimizin yaxınlığında çox təlimlər keçiririk və hansısa qəzalardan qaçmaq üçün müşahidə aparmaq vacibdir. Bütün halda biz əmin olmalıyıq ki, heç nə nəzarətdən çıxmayacaq”. Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, ABŞ qırıcıları sentyabr ayının 1-dən etibarən Baltik ölkələrinin hava məkanında patrul uçuşları həyata keçirəcək. Qırıcılar Litvanın Şyaulya şəhərində yerləşən bazadan qalxacaqlar. Litvanın hava məkanında hava polisi missiyasını may ayından etibarən 4 Polşa qırıcısı həyata keçirir. Avqustun 30-da hərbi bazada Baltik ölkələrində NATO-nun hava polisi missiyasının rotasiya qaydasında ABŞ-a təhvil verilməsi mərasimi keçiriləcək. Polşa qırıcılarını Birləşmiş Ştatların 4 “F-15 Eagle” qırıcıları əvəzləyəcək. Sentyabrın 1-dən etibarın Britaniyadakı “Lakenheath” bazasında dislokasiya olunan ABŞ ordusuna məxsus qırıcılar Baltik ölkələrində hava polisi funksiyasını yerinə yetirəcəklər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info