Qlobal istiləşmə dünyadakı münaqişələrin sayını artırır
Tarix: 28.08.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər
İqlim dəyişir, dünya istiləşir. Suya tələbat artır, alimlər isə qarşıda planeti gözləyən fəlakətlər və bu fəlakətlərin ən böyük səbəbkarı kimi də insanları göstərirlər. Onların atmosferə atdıqları qazların istixana təsiri yaratması nəticəsində qlobal istiləşmə yaşanmaqdadır. Təsadüfi deyil ki, iqlim dəyişikliyi, istiləşmə barədə ilk xəbərlər 19-cu əsrin sonlarından səsləndirilməkdədir. Bu məsələ ilə bağlı müəllif yazısı «inosmi.ru» saytında yer alıb. Yazının maraq doğura biləcəyini nəzərə alaraq, onu bəzi ixtisarlarla nəzərinizə çatdırırıq:
«Hindistan son illərin ən ağır quraqlıq dövrünü yaşayır. Verilən məlumatlara görə, bu quraqlıq ölkənin son 140 ildə üzləşdiyi ən üzücü quraqlıqlardan biri kimi tarixə düşəcək. Yaranmış vəziyyətlə bağlı borc yükünün yumşaldılması və məhsulların daha yüksək qiymətlə alınması tələbi ilə küçələrə axışan Madxya-Pradeş əyalətindəki yerli fermerlərə polis atəş açıb. Analoji vəziyyət Hindistanın Tamil-Nadu əyalətində də yaşanıb. Ölkənin paytaxtı Dehlidə keçirilən mitinqlər zamanı isə intihar edən fermerlərə aid insan kəlləsi nümayiş etdiriblər.
Kaliforniyanın Berkli Universiteti tərəfindən aparılan araşdırmalara görə, son illər hindistanlı fermerlər arasında intiharların sayı artmaqdadır. Belə ki, ölkədəki orta temperaturun 1 dərəcə artması, təxminən 70 yeni fermer intiharına səbəb olur.
Bəzi ölkələrdə kənd təsərrüfatı siyasətinin uğursuzluğunun nəticələrinə əlavə olaraq qeyd edilməlidir ki, iqlim dəyişikliyinin yaratdığı quraqlığın intiharlara geniş yol açmasını yalnız Hindistana şamil edə bilmərik. Bu, artıq başqa aqrar ölkələrdə də yaşanmaqdadır. Təbii ki, artan qlobal temperaturlar quraqlıqlar üçün böyük stimul yaradacaq və bu da öz növbəsində, siyasi həyəcana, iqtisadi iğtişaşlara, hətta zorakılığa geniş vüsət verəcək.
Nümunə üçün 2008-ci ildə dünyanı ağuşuna alan ağır hava şəraiti taxıl tədarükünün azalmasına səbəb oldu. Bu hadisələrin yekunu kimi isə Mərakeşdən başlayaraq İndoneziyaya qədər olan ölkələr sosial və siyasi çevrilişlər yaşadılar. Yaxın zamanlara qədər ərzaq təhlükəsizliyi Yəmən və Suriya kimi ölkələrdə müharibələrdə silah kimi istifadə edilməkdə idi.
İqlim və Təhlükəsizlik Mərkəzinin məlumatına görə, belə "iqlim risklərinə" cavab verilməməsi su mənbələri üçün mübarizənin artmasına səbəb ola bilər. Təbii ki, bunu ərzaq, enerji və torpağa da şamil etmək olar.
Münaqişələrin, temperaturun artması ilə yayıldığı da təsadüfi deyil. Hələ 2013-cü ildə aparılan araşdırmalar şəxsiyyətlər arasındakı zorakılığın 4 faiz, interqruplar arasında isə 14 faiz artdığını təsdiq edir. Bununla yanaşı, psixoloji tədqiqatlar yüksək temperatura məruz qalan insanların narahat olmasına və bunun yekunu kimi onların təcavüzə meyil səviyyəsinin artmasını göstərir.
Nümunə kimi deyək ki, tədqiqatçılar Afrikanın cənubunda-Saxarada otuz il ərzində temperaturun artması ilə vətəndaş müharibələrinin baş verməsi arasında güclü korrelyasiya tapdılar. Belə görünür ki, istiləşmə davam edərsə, Afrika, Cənubi Çin dənizi, Arktika, Mərkəzi Amerika və digər yerlərdə də baş verən müharibə və münaqişələrin sayı artacaq. Əlbəttə, belə bir ssenarinin qarşısını almaq üçün çoxtərəfli müqavilələr şəklində, məsələn, 2015-ci ildə Paris İqlim Müqaviləsi kimi yenilənmiş dəstək tələb olunacaq. Bu da dünya ölkələrinin üç əsas sahə üzrə müzakirəsini tələb edir. Bunlar resursların idarə edilməsi, fəlakətlərin azaldılması və miqrasiyadır.
Artıq alimlər iqlim dəyişikliyinin planet üçün ciddi təhlükə yaradacağı barədə həyəcan təbili çalmaqdadırlar. Amma, nədənsə, bəzi siyasətçilər və hökumət rəsmiləri dəyişən iqlim və insan münaqişələri arasında məntiqi nöqtələri birləşdirməyə cəhd göstərmirlər. İqlim dəyişikliyi ilə əlaqədar bir çox təhdid sahələrində pisləşmə bütün qlobal təhlükəsizlik problemlərinin ən dəhşətlisi ola bilər. Hindistan küçələrində insan kəlləsi daşıyan fermerlərin hərəkəti artıq çox pis bir işarə kimi dəyərləndirilməlidir. Lakin ciddi olaraq iqlimlə əlaqəli təhlükəsizlik riskləri nəzərə alınmasa, daha da pis əlamətlər qarşıda ola bilər».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
03.11.2017
«Tert.am»: ”Miqrasiya ermənilərin dövlətə qarşı etirazının bir formasıdır”
31.10.2017
Əliyev-Putin-Ruhani görüşü: Azərbaycan beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir
24.10.2017
Vardan Bostanjyan:”Ermənistana 1 milyard dollardan artıq sərmayə yatırıldığı barədə hökumətin məlumatı yalandır”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info