“Astaraçay” MMC-nin istehsal gücü 58 tona çatdırılacaq
Tarix: 29.08.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Bilik Fondu çaybecərənlərlə iqtisadi mövzuda maarifləndirici görüş təşkil edib

Prezident yanında Bilik Fondu tez-tez sənaye müəssisələrində, əmək kollektivlərində maarifləndirici görüşlər keçirir, ictimai-siyasi mövzularda silsilə mühazirələr təşkil edir.
“Astaraçay” MMC-nin çay emalı fabrikinin işçiləri ilə keçirilən görüşdə Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin ötən il imzaladığı fərmandan irəli gələn vəzifələrdən danışıb. Sektor müdiri bildirib ki, ölkəmizdə rəqabətqabliyyətli məhsul istehsalının genişlənməsinə, ənənəvi məhsul istehsalının inkişafına bu müəssisə layiqli töhfələr verir. Yaponiya və Koreyanın son texnologiyaları ilə qurulub tam avtomatlaşdırılmış rejimdə işləyən fabrikin təcrübəsi öyrənilməyə, təbliğ edilməyə layiqdir. Fondun strateji yol xəritələrinin mahiyyətinin cəmiyyətə çatdırılmasını nəzərdə tutan “İqtisadi maarifləndirmə” layihəsinə uyğun olaraq həyata keçirilən tədbirlər məhz bu məqsədə xidmət edir. Qeyd olunub ki, Bilik Fondu yerli məhsul istehsalının artmasına, fermer təsərrüfatlarının qabaqcıl təcrübələrinin yayılmasına, xarici ölkələrin son elmi-praktik nailiyyətlərinin tətbiqinə yardımçı olmağa hazırdır və fabrik rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən bu istiqamətdə birgə fəaliyyət göstərəcək.

Çay emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir

Fabrikin sex rəisi Azad Hüseynov Prezidentin “Astaraçay” MMC-nin çay emalı fabrikində çaybecərənlərlə unudulmaz görüşündən, dövlətimizin başçısının dəyərli məsləhətlərindən sonra müəssisədə əldə olunan uğurlardan söhbət açıb. Məlumat verilib ki, çay fabrikinin günlük istehsal gücü hazırda 10 tondur. Müəssisənin fəaliyyətə başlaması bölgədə məhsul istehsalının artmasına stimul verib. Çay emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir. Bu ilin may ayında Yaponiyadan gəlmiş mütəxəssislər şirkətin əməkdaşlarına təlimlər keçiblər. Fabrikin istehsal gücünün 58 tona çatdırılması layihəsinin reallaşması üçün konkret işlərə başlanılıb. Bundan əlavə, Almaniyanın “LACON” şirkəti çay fabrikinin məhsulları üzərində ekoloji müşahidələr aparıb və fabrik 2016-cı ildə beynəlxalq ISO 9001 və ISO 14001 sertifikatlarına layiq görülüb. A.Hüseynov Bilik Fondunun təşkilatçılığı ilə keçirilən belə görüşlərin əhəmiyyətini vurğulayıb, əməkdaşlığın davamlı olacağına inandığını bildirib. Sonda Bilik Fondu çay emalı fabrikinə kitablar hədiyyə edib.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı
20.07.2019
“Abşeron“ yatağında borudüzmə işlərinə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info