Bakıya gələn Küveyt vətəndaşlarının sayı 9 dəfə artıb
Tarix: 29.08.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Xalça Muzeyi turistlərin ən çox ziyarət etdiyi məkanlardandır
Cari ilin 6 ayı ərzində dünyanın 139 ölkəsindən 1203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.
Körfəz ölkələrindən gələnlərin sayının daha çox olması bu dövrdə ölkəmizə gəlmiş xarici ölkə vətəndaşlarının sayının artmasına təsir edən əsas amillərdən olub. Bu dövr ərzində körfəz ölkələrindən ümumilikdə Azərbaycana 263,5 min nəfər turist səfər edib. Ölkəmizə səfər etmişlərin ümumi sayında onların xüsusi çəkisi 21,8 faiz təşkil edib. Onlar arasında Küveyt vətəndaşlarının sayı 8,7 dəfə artıb. Küveytli turistlər paytaxt Bakının gəzməli-görməli yerləri ilə yanaşı, turizm sənayesinin inkişaf etdiyi digər şəhərlərimizə də üz tuturlar. Küveytli turistlər də ölkəmizi ən yaxşı səyahət fürsətləri olan ölkə kimi dəyərləndirir. Küveytin Səlva şəhərindən olan Salman Əbu Davud 8 gündür ki, ailəsi ilə birlikdə Azərbaycandadır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Xalça Muzeyi turistlərin ən çox ziyarət etdiyi məkanlardan sayılır. Azərbaycan haqqında yüksək fikirdə olan küveytli turist ölkəmizin turizm potensialı barədə təəssüratlarını bölüşüb: “Azərbaycana birinci dəfədir ki, turist kimi gəlirəm. İlk səfərim olmasına baxmayaraq Bakı və digər getdiyim şəhərlər haqqında yüksək fikirdəyəm. Biz iki gün öncə Qəbələdəydik. Qəbələnin bütöv mənzərəsini müşayiət etdik. Orda turistlər üçün yaradılan mükəmməl şərait bizi məftun etdi. Qəbələ sözün əsl mənasında gözəl şəhərdir. Bakı da müdhiş məkandır. İlk baxışda şəhərin qədimliyi insanı xəyalən uzaqlara aparır. Burda Xalça Muzeyindən aldığımız təəssürat da bizim üçün xoşdur. Bizim ölkəmizdə də belə bir muzey var. Ancaq sizin xalça muzeyinin özünəməxsus özəlliyi, buradakı eksponatların qədimiliyi insanda bir başqa zövq yaradır. Azərbaycanı daha da yaxından tanımaq üçün digər kurort şəhərlərə də getməyi planlaşdırırıq”. Dahir Əbu Feysəl də ilk dəfədir ki, ölkəmizə turist kimi səfər edib. O, Azərbaycanda olmaqdan məmnunluğnu bildirib və növbəti illərdə də məhz ölkəmizi seçəcəyini söyləyib: “Azərbaycanın füsunkar təbiəti, onun gəzməli-görməli yerləri şəxsən məni valeh edir. 10 gündür ki, burdayam. 3 gündür ki, Qubadan qayıtmışıq. Qubanın yaşlı mənzərəsi, dağlar və çaylar bizi bir turist kimi məftun etdi. Dostlarımızdan Azərbaycan haqqında eşidəndə inanırdıq ki, hər şey bizə danışılan kimidir. Burada reallığı görəndə hər şeyin təsəvvür etdiyimizdən də artıq olduğunun fərqində idik. İstirahət məkanı olaraq Azərbaycanı seçdiyimə görə çox xoşbəxtəm. Xalça Muzeyi də möhtəşəmdir. Bizə burda eksponatların tarixi haqqında dolğun məlumat verildi. İçəridəki xalçalarla tanış olduq, onların toxunuş qaydası bizim üçün maraq kəsb etdiyindən bu barədə də məlumat aldıq. Muzeydə xalça və xalq tətbiqi sənətinin müxtəlif növlərini görə bildik. Bir sözlə, burada hər şey möhtəşəmdir”. Xalça Muzeyində olan digər küveytli turist Həmzə Əbu Əhməd bir neçə gündən sonra Qubaya yola düşür. Ölkəmizdəki turizm imkanları haqqında çox gözəl fikirdə olan küveytli turist Azərbaycana 2-ci dəfədir ki, gəldiyini deyir: “Bu dəfə ailəmlə gəlmişəm. Bakıdakı otellər turistlərin qalması üçün hərtərəfli şəraitlə təmin edilib. Biz bura sırf turist kimi gəlmişik, istirahət etmək istəyirik. Ölkənizdə tanış olmadığımız yerlərlə tanış olmaq istəyirik. Azərbaycanın iqlimi də mükəmməldir. Burada olduğum müddətdə Bakıdakı Qız Qalası, Şirvanşahlar sarayı, ümumiyyətlə İçərişəhərdə olan bütün tarixi abidələrlə tanış oldum. Axşamlar Xəzərin sahillərində olmaq bir başqa zövqdür. Burada getdiyim hər bir məkandan zövq almağa çalışıram. O ki, qaldı Xalça Muzeyinə, düşünürəm ki, bura gələn hər bir turist bu gözəlliklərə biganə qala bilməz. Çox möhtəşəmdir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info