Ağstafada 150 nəfər işlə təmin olunacaq
Tarix: 29.08.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Ölkəmizdə sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətidir. Yaradılmış əlverişli biznes mühiti və sahibkarlığa göstərilən yüksək dövlət dəstəyi nəticəsində rəqabətqabiliyyətli ixracyönümlü müəssisələrin sayı durmadan artmaqdadır. Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafa rayonunda da yeni-yeni istehsal, sənaye, emal və xidmət sahələri yaradılıb istifadəyə verilib və bu istiqamətdə işlər uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, hazırda Ağstafada daha bir istehsal sahəsinin, “ATİLO” MMC sərinləşdirici içkilər zavodunun inşasına başlanıb. Bu layihə tamamilə müasir texnologiyalara əsaslanan istehsal sahəsidir. Bakı-Qazax avtomobil yolunun kənarında, Dağ Kəsəmən kənd ərazisində inşa olunan zavodda pivə istehsalı, sərin içkilər istehsalı, şüşə qablar istehsalı və sərin içki məhsullarının saxlanılması və qablaşdırılması kimi sahələr fəaliyyət göstərəcək. İstehsal müəssisəsində xammal kimi regionda mövcud olan təbii resurslardan istifadə nəzərdə tutulur. İstehsal olunacaq məhsullar isə əsasən daxili bazara yönəldiləcək. İstehsalda istifadədən sonrakı qalan qalıqlar heyvandarlıqda yem kimi istifadə oluna biləcək.
Layihədə istifadə ediləcək avadanlıqlar və pivə istehsalı üçün “solot” və “xmel” Avropa ölkələrindən gətiriləcək. İstehsal müəssisəsinin 2018-ci ilin may ayında istifadəyə verilməsi planlaşdırılır. Tam fəaliyyətə düşdükdən sonra isə burada 150 nəfər daimi işlə təmin olunacaq.



Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info