Ələt-Astara avtomobil yolunun əsas hissəsi istifadəyə hazırdır
Tarix: 29.08.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrindən başlayan və Astarayadək inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 17,6 kilometr təşkil edir.
Tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olan yeni yol 1b texniki dərəcəyə uyğun inşa olunur. Sözügedən avtomobil yolu 25 kilometrlik Yenikənd-Salyan (Kür körpüsü 1,6 kilometr), 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Cəlilabad-Masallı və 61,4 kilometrlik Masallı-Astara hissələri üzrə inşa edilir.
Qeyd edək ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin və bu hissədə yerləşən Kür çayı üzərində yeni inşa edilmiş 363 metr uzunluğunda körpünün (yanaşma yolları 1,2 km) açılış mərasimi keçirilib. Sözügedən hissədə 86 dairəvi boru və düzbucaqlı su keçidi, 12 yeraltı keçid, 2 körpü, həmçinin bir tunel də inşa olunub.
Yeni magistral yolun 24,8 kilometrlik Salyan-Şorsulu və 30,1 kilometrlik Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə davam etdirilir. Sözügedən hissələrdə yol əsasının inşası, asfalt-beton örtüyünün döşənməsi, yamacların bərkidilməsi və dəmir-beton baryerlərin qoyulması işləri aparılır. Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində isə 179 dairəvi boru və düzbucaqlı su keçidi, 21 yeraltı keçid, 5 körpü, həmçinin bir tunel inşa olunub. Bundan başqa, yolun Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol trassı Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib.
Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə 70 kilometrlik məsafədən qaya-daş parçaları gətirilib. Həmçinin tikinti normalarına uyğun drenaj sistemi qurulub və daş dolğudan istifadə edilərək yol əsası inşa olunub. Yolun bataqlıq ərazidən keçən hissənin tikintisi üçün 1,2 milyon ton qaya-daş dolğusundan istifadə olunub. Ümumilikdə magistral yolun 55 kilometrlik ərazisini əhatə edən hər iki hissə üzrə tikinti işləri gələn il ərzində yekunlaşdırılacaq. Yeni magistral yolun 32,2 kilometrlik Cəlilabad-Masallı və 61,4 kilometrlik Masallı-Astara layihəsinin 41,5 kilometrlik hissəsində işlər texnoloji ardıcıllığa riayət olunmaqla yekunlaşdırılıb.
Yolun tikintisi yekunlaşmış 73,7 kilometrlik hissələrdə ümumilikdə 303 dairəvi boru və düzbucaqlı su keçidi inşa olunub, 22 yeraltı keçid, 2 tunel, həmçinin 31 körpü inşa olunub. Bura Lənkəran çayı üzərində yerləşən və 205 metr uzunluğa malik yeni avtomobil körpüsü də daxildir. Bundan başqa, yolboyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun işıqlandırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də görülüb.
Masallı-Astara layihəsinin sonuncu 19,9 kilometrlik hissəsində isə son tamamlanma işləri görülür. Həmin hissədə 125 dairəvi boru və düzbucaqlı su keçidi inşa olunub, 10 yeraltı keçid, həmçinin 8 körpü tikilib, digər işlər isə davam etdirilir. Magistral yolun bu kəsiyində işlərin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Beləliklə, yolun tikintisi davam edən 55 kilometrlik və ötən il açılışı olmuş 23,4 kilometrlik hissələri istisna olmaqla daha 93,6 kilometrlik əsas hissəsi yaxın müddətdə sürücülərin istifadəsinə veriləcək.
Hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38,4 kilometr qısalaraq. Böyük əhəmiyyətə malik yolun tikintisi turizmin və kənd təsərrüfatının inkişafına böyük təkan verəcək. Eyni zamanda, şimaldan cənuba doğru və əksinə avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsinə şərait yaradacaq, yükdaşımaların artmasına gətirib çıxaracaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info