Balakəndə beynəlxalq gənclər festivalı başlayıb
Tarix: 29.08.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakən rayonunda “Mənim ailəm” adlı beynəlxalq gənclər festivalı başlayıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda MDB-yə üzv ölkələrdən və Gürcüstandan, eləcə də Azərbaycandan 20-dək gənc ailə iştirak edir.
Avqustun 29-da Balakən şəhərindəki “Qubek” otelinin konfrans zalında festivalın təntənəli açılış mərasimi olub. Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov çıxış edərək “Azərbaycanın Gənclər Paytaxtı” çərçivəsində Balakən rayonunda həyata keçirilən mədəni-kütləvi tədbirlər, idman yarışları barədə məlumat verib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, beynəlxalq gənclər festivalının rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu vurğulayıb.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova Azərbaycanda ailə dəyərlərinin qorunmasına xüsusi önəm verildiyini, gənc ailələrlə bağlı silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu mövzuda beynəlxalq festival ölkəmizdə ilk dəfədir keçirilir. Festivalın keçirilməsində əsas məqsəd gənclər arasında ailə dəyərlərinin təbliğ olunması, gənc ailələrin fəallığının və sosial mövqeyinin gücləndirilməsi, onların səmərəli istirahətinin təmin edilməsi, həmçinin MDB-yə üzv ölkələr arasında beynəlxalq mədəni əlaqələrin inkişaf etdirilməsindən ibarətdir.
Beynəlxalq gənclər festivalı dörd istiqamət üzrə keçirilir. Buraya yaradıcılıq və kulinariya müsabiqələri, “şən startlar” ailələrarası oyun və “Xəmsə” milli intellektual oyunu üzrə turnir daxildir. Festival çərçivəsində Balakən rayonunun və bölgənin tarixi məkanlarına ekskursiyalar da təşkil olunacaq.
Beynəlxalq festivala avqustun 31-də yekun vurulacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info