Ermənistanda çörəyin qiyməti artır
Tarix: 29.08.2017 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Bu gün Ermənistandakı insanlar çətin şərtlər altında həyatlarını davam etdirirlər. Bu ölkənin ən böyük problemi daha çox sosial təminatla bağlıdır.
Belə ki, dövlətdən heç bir yardım və güzəşt əldə edə bilməyən sadə erməni ailələri, əksinə, addımbaşı maneə və çətinliklərlə qarşılaşırlar. Bu gün tənəzzül Ermənistanın bütün sahələrinə sirayət etməkdədir. Hətta bu tənəzzül ölkədəki azyaşlıların da həyatında öz izini buraxmaqdadır. Məsələn, ötən gün İrəvan Ağsaqqallar Şurası qarşısında çıxış edən «Əriklər ölkəsi» partiyasının üzvü Sona Aqekyan ölkə paytaxtındakı məktəbəqədər təhsil müəssisələrinin fəlakətli vəziyyəti barədə danışıb. Partiya rəsmisinin sözlərinə görə, bu gün təkcə İrəvanda 30 mindən artıq uşaq bağçaya getmək üçün növbə gözləyir. Onun etirafına görə, hazırkı şəraitdə bu uşaqların yalnız 12 minini uşaq bağçalarına yerləşdirmək olar: «Baxmayaraq ki, elə Sovetlər dövründən qalma uşaq baxçaları mövcud olsa da, bu gün onların əksəriyyəti müxtəlif məqsədlər üçün icarəyə veriliblər. Bu, İrəvan üçün vacib məsələdir, xüsusilə Ermənistanın paytaxtındakı məktəbəqədər təhsil sahəsi ağır, fəlakətli vəziyyətdədir. Bu gün təqdim edilən hesabatlarda biz tamammilə fərqli bir həqiqət görürük. Əslində isə reallıq budur ki, ölkənin əksər uşaqları uşaq bağçalarına getmək və məktəbəqədər təhsil almaq imkanına malik deyillər»-deyə, Sona Aqekyan bildirib.
Xatırladaq ki, ötən gün Ermənistanda dollar, avro və rubl məzənnələrinin artması ilə də, yadda qalıb. Düşmən ölkədən verilən son məlumatlara görə isə sanitar pasport Ermənistanda çörəyin qiymətinin armasına səbəb olacaq. Bu barədə «Joxovurd» nəşri məlumat verib. Nəşrin yazdığına görə, yaxın günlərdə Ermənistanda çörəyin qiytmətində daha 20 dram artım olacağı ehtimal olunur. Ölkədəki çörək istehsalçıları, əks halda çörəyin çəkisini azaldacaqlarını bildiriblər: «Kənd Təsərrüfatı Nazirliyinin ərzaq təhlükəsizliyi xidmətinin rəhbəri İskəndər Karapetyanın qərarına əsasən sentyabrın 1-dən etibarən ölkəyə taxıl və ət məhsulları realizə edəcək sahibkarlardan sanitar pasport tələb olunacaq. Sanitar pasporta malik olmayanları isə 300 min drama qədər cərimə gözləyir».
Qeyd edək ki, Ermənistanda belə bir pasport almaq üçün əlavə maliyyə resursları lazımdır. Belə ki, ölkəyə gələn hər bir maşının müayinə qiymətinin 15 min dram olduğu və maşının tutum göstəricisinə görə bu qiymətin hətta 100 min drama qalxa biləcəyi də bildirilir. Bu da təbii ki, ölkənin çörək istesalçılarını, ya çörəyin qiymətini artırmaq, ya da çörəyin çəkisini azaltmaq kimi seçim qarşısında qoyub.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info