“Bir azdan artıq turpaketlərin qiymətində enmə müşahidə olunmağa başlayacaq“
Tarix: 29.08.2017 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir. Son dövrlərdə turizm sektorunda baş verən yeniliklər və digər aktual məsələlərlə bağlı olaraq suallarımızı “AtaTravel”in turoperatoru Rəvan Əhmədov cavablandırır.
- Rəvan müəllim, şirkətiniz daim yeniliklərlə müştərilərinin marağına səbəb olur. Bu baxımdan yeni aksiyalarınızla bağlı nələri bildirərdiniz?
- Ümumiyyətlə, turizm sahəsi dinamik və daim inkişafda olduğu üçün biz də daim üzərimizdə işləyirik, müştərilərimizin istək və təkliflərini nəzərə alırıq, onlara ən sərfəli turpaketlər təqdim edirik. Həmçinin, yeni istiqamətlər üzrə turpaketlərin hazırlanmasına çalışırıq. “AtaTravel” şirkəti daim beynəlxalq sərgilərdə iştirak edir, info-turlar və sair maraqlı tədbirlər, eləcə də aksiyalar keçirir. Ofisimiz şəhərin mərkəzində, çox rahat və müştərilərimiz üçün əlçatan yerdə yerləşir. Yeni aksiyalarımızla bağlı onu deyə bilərəm ki, qarşıdan Qurban bayramı gəlir. “AtaTravel” olaraq müştərilərimizin bu barədə istəklərini nəzərə almışıq. Bunun üçün xüsusi olaraq bir neçə istiqamət üzrə sərfəli və əyləncəli turpaketlər hazırlamışıq. Bu turlar bayram günlərində 2 gecə, 3 gün qalmaqla keçiriləcək. Turlar sentyabrn 1-dən 3-ə, yaxud 2-dən 4-ə qədər nəzərdə tutulub. Qax-Zaqatala-Balakən-Siqnaxi və Lapota gölünə olan turları misal çəkim. Burada 2 gecə gecələmək mümkündür. Gecələmə Balakəndəki 4 ulduzlu, hər bir şəraiti olan Qubek otelində olacaq. Tur boyu bələdçi, videoçəkiliş, əyləncəli oyunlar, Qaxa,İlisu şəlaləsinə, Balakənə və digər gəzməli yerlərə ekskursiyalar təmin ediləcək. Tur boyu 2 gecə, 3 gün oteldə qalmaq və səhər yeməyi turun qiymətinə daxildir. Turun qiyməti hər bir adam üçün ikinəfərlik nömrədə 129 manatdan başlayır. 6 yaşadək uşaqlar üçün isə ödənişsizdir. Onu da əlavə edim ki, tur çox komfortlu “Mersedes” markalı avtobuslarla təşkil ediləcək. Tur iştirakçılarının bütün rahatlıqları və istəkləri nəzərə alınıb. Digər bir turumuz hazırda çox məşhur olan Mingəçevir-Gəncə-Göygöl turudur. Bu tur da sentyabrın 1-dən 3-ə qədər keçiriləcək. İştirakçılar Mingəçevirdə Kür çayının sahilindəki 5 ulduzlu, yüksək standartlara cavab verən “Ağsaray Deluxe” otelində qalacaqlar. Burada da komfortlu nəqliyyat, ekskursiyalar, bələdçi, oteldə səhər yeməyi daxil, 3 gün 2 gecə qalmaq təmin edilib. Kür çayında gəzinti, Mingəçevir su anbarına ekskursiya, Gəncədə Nizami türbəsini ziyarət, Xan bağına, Göygölə və digər yerlərə ekskursiya da bura daxildir. Bu turun qiyməti bir nəfərin 3 dəfə qidalanması və bütün sadalanan xidmətlər və ekskursiyalardan faydalanması ilə 125 manatdır. 3-cü turumuz isə Şabranda yerləşən Qalaaltı otelində 2 gecə, 3 gün qalmaqla ayın 2-dən 4-dək keçiriləcək. Burada SPA, fitnes, əyləncələrdən istifadə, bayram konsertində iştirak təmin edilir. Tur çərçivəsində reper Miryusifin iştirakı ilə maraqlı şou proqramı hazırlanıb. Bütün bunlar daxil olmaqla 2 nəfərlik paketin dəyəri 599 manatdır.
- Yay mövsümü bitməkdədir. Belə bir şəraitdə turistlər daha çox hansı istiqamətlərə meyil edirlər?
- Qarşıdan “məxməri mövsüm” gəlir. Bir azdan artıq turpaketlərin qiymətində enmə müşahidə olunmağa başlayacaq. Məsələn, avqust ayında Türkiyədə iki nəfərlik tam paketin qiyməti ən qənaətcil otellərdə 1100-1300 dollardan başlayırsa, sentyabr ayının 5-10-dan sonrakı tarixlərdə qiymətlərdə nisbətən enmələr müşahidə olunur və 950-1050 dollara turpaket almaq olur. Sentyabrın sonlarına yaxın isə 800-900 dollara 5 ulduzlu otellərdə qalmaqla paket almaq olur. Bu qiymətə həmin müddətdə iki nəfərlik paket almaqla turistlərimiz bir həftə Antalyada dincələ biləcəklər. Bununla bağlı indidən bizə müraciət edib rezervasiya edə bilərlər.
- Hazırda “AtaTravel” MMC-də hansı aksiyalar var?
- “AtaTravel” daim müştərilərin istəyini nəzərə alır, onlar üçün yeni-yeni cəlbedici kampaniyalar keçirir. Xanım müştərilərimiz üçün də bu baxımdan cəlbedici aksiyalar keçiririk. Xanım müştərilərin istəyini nəzərə alaraq “Paris Gallery” mağazalar şəbəkəsi ilə 21 avqust tarixindən aksiyaya start vermişik. “AtaTravel” MMC-dən istənilən turpaket, aviabilet alan, məhsul alan xanımlara “Paris Gallery” mağazalar şəbəkəsindən 3 kupon təklif edirik. Bu kuponlardan biri mağazadan istənilən alışa 25 faiz endirim, digəri bir dəfə üzəbaxım seansına endirim, digər kupon isə ödənişsiz “make up”dır.
- “AtaTravel” jurnalistlər üçün keçirdiyi maraqll və yaddaqalan info-turları ilə də tanınır. Məsələn, 2013-cü ildə Macarıstana, daha sonra Krıma həmçinin ölkə daxilində keçirilən info-turları, yeni açılan otellərə təşkil edilən səfərləri buna misal çəkmək olar. Bu il bu cür info-turların keçirilməsi nəzərdə tutulurmu?
- Planlarımızda bu cür info-turların keçirilməsi var. İlin sonuna yaxın bu barədə info-turlar və onların marşrutu dəqiqləşdiriləcək. Bundan sonra bu barədə jurnalistlərə və turizm şirkətlərinin nümayəndələrinə məlumat veriləcək. Hazırda turizmin pik çağı olduğu üçün otellərdə boş yer tapmaq çətindir. Ona görə də indiki vaxtda info-turlar təşkil etmək əlverişli deyil. Buna nəzərə alaraq info-turların daha mütəşəkkil və yaxşı keçirilməsi üçün uyğun vaxtlar müəyyənləşdiririk. Bu baxımdan otellərlə danışıqlar aparırıq.
- Azərbaycanlı turistlər daha çox hansı ölkələrdə dincəlməyə üstünlük verirlər?
- İndiki vaxtda azərbaycanlı turistlərimiz daha çox vizasız rejimləri olan ölkələrdə dincəlməyə üstünlük verirlər. İndi turizm mövsümü olduğuna görə bəzi ölkələr Azərbaycanla viza rejimini ləğv ediblər. Məsələn, Montoneqro ilə hazırda vizasız rejimdəyik. Yəni yay vaxtı Azərbaycan vətəndaşları orada tək pasportla gedib istirahət edə bilərlər, heç bir vizaya ehtiyac yoxdur.
- Daha hansı ölkələrə bu baxımdan vizasız getmək mümkündür?
- Qatar, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi ölkələrə vizasız getmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info