Naxçıvanlı tələbələr üçün beynəlxalq kurs keçirilib
Tarix: 03.05.2013 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Naxçıvan Müəllimlər İnstitutunda “Təhsildə müasir texnologiyalardan istifadə” adlı beynəlxalq kurs həyata keçirilib. Gerçəkləşən tədbir Doğu Akdeniz Universiteti və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Bununla bağlı məlumat verən AKDC sədri və eyni zamanda DAU-nun Qazaxıstan üzrə təmsilçisi Orxan Həsənoğlu bildirib ki, bir müddət öncə adıçəkilən təhsil ocaqları arasında əməkdaşlığa dair memorandum imzalanıb.
AKDC sədri deyib ki, qısa müddətdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru və Ali Məclisin deputatı, professor Oruc Həsənlinin dəstəyi ilə iki universitet arasında qarşılıqlı əlaqələr daha da genişlənib.
Gələcəyin gənc müəllimləri və eyni zamanda institutun professor-müəllim heyətinin qatıldığı beynəlxalq kurs iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Doğu Akdeniz Universitetinin müəllim və professor heyətinin iştirakı ilə baş tutan 7 günlük kursa 150-dən artıq dinləyici qatılıb.
Orxan Həsənoğlu bildirib ki, 2013-cü il İlham Əliyev tərəfindən “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan olunduğundan bu proqrama dəstək vermək məqsədilə bu cür kursları ilin sonuna qədər digər bölgələrdə də reallaşdıracaqlar. Onun bildirdiyinə görə, önümüzdəki aylarda Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən orta və ali təhsil ocaqlarında müəllim və tələbələr üçün belə kurs təşkil olunacaq.
“Şimali Kiprdə fəaliyyət göstərən beynəlxalq universitetlərin təcrübəli professor-müəllim heyətinin dəstəyindən istifadə edərək ölkəmizdə təhsilin bütün sahələrinin inkişafına və eyni zamanda müasir təhsilin ayrılmaz hissəsi olan elektron lövhələrdən düzgün istifadə sayəsində çox keyfiyyətli bir nəticə əldə etmək mümkündür”-deyə AKDC sədri bildirib.
Cəfər MƏNSIMI




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info