Saatlıda ilk pambıq yığımı günü sahələrdən 50 ton məhsul toplanılıb
Tarix: 29.08.2017 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Saatlıda pambıq yığımına start verilib. İlk məhsul yığımı dövlət başçısının Saatlıda olarkən çiyid səpininə start verildiyi sahələrdən başlanılıb və gün ərzində buradan 50 ton pambıq yığılıb. Ötən il respublika üzrə ən çox, 12 min ton “ağ qızıl” istehsal edən saatlılı fermerlər cari təsərrüfat ilində də plantasiyalarda bol məhsul yetişdirib və məhsul yığımına da ölkədə birinci başlayıblar.
Rayon Kənd Təsərrüfat İdarəsindən bildiriblər ki, cari təsərrüfat ilində rayonda 17 min 220 hektar sahədə pambıq əkilib. Fermerlər və torpaq mülkiyyətçiləri plantasiyalarda nümunəvi becərə işləri apardığından sahələrdə bol məhsul yetişib. İndi qarşıda duran əsas vəzifə yetişmiş məhsulu qısa müddətdə toplayaraq tədarük məntəqələrinə təhvil verməkdir. Bunun üçün rayonda bütün zəruri tədbirlər həyata keçirilib. Pambıq qəbulu məntəqələri əsaslı təmir olunub, 100-dən çox traktor, 180-ə yaxın qoşqu texnikası və 30 pambıqyığan kombayn hazır vəziyyətə gətirilib.
Pambıq yığımı zamanı qarşıya çıxan çətinlikləri qısa müddətdə aradan qaldırmaq üçün rayonda xüsusi qərargah yaradılıb. Gün ərzində yığım və digər məsələlərlə bağlı bütün məlumatlar qərargaha ötürülür və ortaya çıxan çətinliklər operativ olaraq aradan qaldırılır.
Qeyd edək ki, bu il Saatlı pambıqçıları sahələrdən 25-30 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info