Suriyada neft yataqlarını kim ələ keçirəcək?
Tarix: 29.08.2017 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Rusiyanın dəstəklədiyi hökumət qüvvələri də, ABŞ-ın dəstəklədiyi koalisiya da Deyr-əz-Zor ətrafında olan neft yataqlarını birinci ələ keçirmək uğrunda savaşır
Suriya ərazisində “İŞİD”-ə qarşı mübarizə sona yaxınlaşır. Amma bəzi məntəqələr uğrunda mübarizə göstərir ki, böyük güclər arasında müəyyən məsələlərlə bağlı hələ razılıq əldə olunmayıb. Ona görə də bəzi ərazilərdə mübarizə razılıq əldə olunana qədər “İŞİD”-ə qarşı mübarizə adı altında davam edəcək. Bəşər Əsədə tabe olan ordu qüvvələrinin üç istiqamətdən Deyr-əz-Zora doğru hərəkət etməsi Vaşinqtonun narazılığına səbəb olub. “Al Ain News” xəbər yayıb ki, Deyr-əz-Zor istiqamətinə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin desant qüvvələri yerləşdirilir. Rəsmi xəbər belədir ki, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri həmin ərazidə olan mülki şəxsləri evakuasiya etməyə çalışır...
Amma ABŞ qüvvələrinin əsl məqsədi mülki şəxsləri xilas etmək deyil. ABŞ-ı dəstəyi ilə yaradılan Demokratik Qüvvələr İttifaqı bəyan edirdi ki, Deyr-əz-Zorun azad edilməsi Rakkanın terrorçulardan təmizlənməsi ilə paralel şəkildə aparılacaq. Deyr-əz-Zoru Əsəd və onu müdafiə edən Moskva və ABŞ üçün bu qədər cəlbedici edən ətrafda olan zəngin neft yataqlarıdır. Demokratik Qüvvələr İttifaqı Fəratın sağ sahilində yerləşən Əl-Maydanı tutmağı planlaşdırır. Bu isə Rusiya-ABŞ razılaşmasına uyğun deyil. Həmin razılaşmaya əsasən koalisiya və ittifaq qüvvələri ancaq Fəratın şərq sahilində hərəkət etməlidir. Bəşər Əsəd qüvvələrinin də hücuma keçdiyini nəzərə alsaq, onda mümkün toqquşma qaçılmaz olacaq. ABŞ qüvvələri bir dəfə kürdləri bombaladığı üçün Suriya ordusuna məxsus qırıcını vurmuşdu. Bundan sonra Rusiya qəti şəkildə bildirdi ki, Fərat çayının qərb hissəsində uçuş həyata keçirəcək istənilən obyekt hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulacaq. Bir neçə ay əvvəl baş verən bu olaydan sonra problem ortaya çıxmayıb. Bu müddət ərzində Rusiyanın dəstəyi ilə Əsədin ordusu cənub-şərq istiqamətində, o cümlədən Fəratın qərb sahili boyunca irəliləməkdə davam edir. ABŞ-ın dəstəklədiyi qüvvələr isə beynəlxalq koalisiyanın yardımı ilə Fəratın şərq sahilində “İŞİD”-ə qarşı mübarizə apararaq irəliləyir. İndi Fəratın şərq və qərb sahilində olan qüvvələrdən hansının Deyr-əz-Zora birinci çatacağını demək çox çətindir. Hərbi ekspert, general-leytenant Yuri Netkaçev hesab edir ki, amerikalılar çətin ki, Əsəd ordusu və Rusiya qüvvələri ilə birbaşa toqquşmaya getsinlər: “Amma onlar bütün güclərini toplayaraq Rakkada vuruşa-vuruşa gözlənilmədən Hasekaya da zərbə endirsələr, onda Deyr-əz-Zoru da, ətrafda olan neft yataqlarını da ələ keçirə bilərlər”. Ekspertlər qeyd edirlər ki, burada bəzi məqamları mütləq nəzərə almaq lazımdır. Məsələ ondadır ki, Əsəd ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin mübarizə apardığı “İŞİD” terrorçularının sayı təxminən 9 min nəfərdir. Suriyanın mərkəzi və qərb hissəsində olan və Əsəd ordusunun təkbaşına mübarizə apardığı terrorçuların sayı isə 25 min nəfərə yaxındır. Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik İqor Korobov bildirib ki, həmin terrorçular “Heyrat Tahrir aş-Şam” adı altında birləşiblər. Onların içərisində aparıcı rolu isə “Əl-Nusra” oynayır. Ordu kəşfiyyatının rəisi bildirib ki, onların tərkibində 70 quldur dəstəsinin üzvləri bir araya gəlib və hökumət qüvvələrinə qarış vuruşurlar. Müəyyən qüvvələr Əsəd ordusunu bu dəstələrin köməyi ilə ləngitməyə çalışırlar ki, koalisiya qüvvələri neftlə zəngin yataqları ələ keçirə bilsin. Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı general-polkovnik Sergey Surovkin isə bildirib ki, hökumət qüvvələri Rusiyanın yardımı ilə Deyr-əz-Zor istiqamətində uğurla irəliləyir. Rusiya aviasiya qüvvələrinin dəstəyi ilə Deyr-əz-Zor istiqamətində Fərətın sahili boyunca keçirilən son əməliyyat zamanı 800 terrorçu, 13 tank, üstündə xüsusi minomyot quraşdırılan 35 hərbi maşın məhv edilib. Onu da qeyd edək ki, Suriya ordusu və Livanın “Hizbullah” hərəkatının döyüşçüləri Suriya-Livan sərhədində yerləşən dağlıq Kalamun bölgəsini “İŞİD” terrorçularından azad ediblər. Avqustun 19-da Livan ordusu bir sıra dağlıq ərazilərin terrorçulardan azad edilməsi əməliyyatına başlamışdı. Terrorçuların nəzarətində olan 120 kvadrat kilometrdən 100-ü azad edilib. Eyni zamanda “Hizbullah” hərəkatı Suriya ordusu ilə birgə Suriya-Livan sərhədində əməliyyat keçirib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info