Üç cüdoçumuz mübarizəyə qoşulub
Tarix: 29.08.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Dünya Çempionatı davam edir. Dünən daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşib. İkinci yarış günündə qadınlar 52, kişilər isə 66 kiloqram çəkidə qüvvələrini sınayıblar. Qadınların yarışında Azərbaycanı Buyanxişiq Purevsuren və Nəzakət Əzizova, kişilər arasında isə Nicat Şıxəlizadə təmsil edib. Qeyd edək ki, yarışın ilk günündə 60 kiloqram çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov finala gedən yolda bolqarıstanlı Yanislav Qerçevi və Portuqaliya təmsilçisi Qonsalo Mansinyonu ippon fəndi ilə məğlub edib. O, üçüncü görüşdə dünya və Asiya çempionu, Rio Olimpiadasının gümüş mükafatçısı qazaxıstanlı Yeldos Smetovu əzmkar mübarizədə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə Rio Olimpiadasının bürünc mükafatçısı özbəkistanlı Diyorbek Urozboeva ilə üz-üzə gələn idmançımız bu dəfə də ipponla qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə 2013-cü ilin dünya və son Asiya çempionu, yaponiyalı Naohişa Takato ilə qarşılaşan idmançımız gümüş medalla kifayətlənməli olub. 48 kiloqram çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdə rəqiblərinə uduzaraq mübarizəni dayandırıblar. Dünya çempionatında 134 ölkədən təxminən 800 cüdoçu mübarizə aparır. Azərbaycan milli komandası bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) geniş heyətlə təmsil olunur. Çempionata sentyabrın 3-də yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü
16.09.2019
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub
16.09.2019
“Qarabağ” – “Sevilya” oyununa 20 min bilet satılıb
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info