Avstraliya Şimali Koreyanın raket buraxılışına kəskin reaksiya verib
Tarix: 29.08.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Avstraliyanın xarici işlər naziri Culiya Bişop Şimali Koreya tərəfindən növbəti raket sınağını kəskin tənqid edərək bildirib ki, bu, çox güman, Pxenyanın tezliklə danışıqlar masası arxasında oturmağa hazır olduğunu təsdiq edir. Kanberrada jurnalistlərlə görüşən nazir yeni raket buraxılışını təxribatçı, təhlükəli, sabitliyi pozan və təhdidedici hərəkət adlandırıb. Bununla yanaşı, xanım nazir qeyd edib ki, Şimali Koreya raketi Sakit Okeandakı Quam adaları istiqamətində deyil, okeanın Yaponiyanın şimal-şərqində yerləşən hissəsinə istiqamətləndirib. C.Bişop deyib: “Şimali Koreyanın cavab reaksiyasını anlamaq bəzən çox çətin olur, lakin yeni raket sınağı söz yox ki, növbəti mesaj deməkdir. On illər ərzində biz Pxenyanın eyni taktikadan istifadə etməsinin şahidi olmuşuq. Belə ki, onlar əvvəlcə təxribatları müəyyən həddə qədər qaldırırlar və yalnız bundan sonra danışıqlar masası arxasına otururlar. Düşünürəm ki, bu, Şimali Koreyanın danışıqlara hazır olmasının göstəricisidir”. Öz növbəsində, Avstraliyanın Baş naziri Malkolm Ternbull da növbəti dəfə Çinə müraciət edərək onu Pxenyanın təxribatçı raket sınaqlarını dayandırmaq üçün ciddi addımlar atmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info