ABŞ təmsilçisi Almaniya ilə razı deyil
Tarix: 29.08.2017 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


“ABŞ Krım məsələsinin dondurulmasının əleyhinədir”. Bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Deutsche Welle”yə müsahibəsində deyib. Xatırladaq ki Almaniya Azad Demokrat Partiyasının lideri Kristian Lindner Krımın statusunun dəyişməsinə göz yummağa və Rusiya ilə əlaqələrin bərpasına başlamağa çağırıb. O, hazırkı situasiyaya “qeyri-müəyyən müddətli müvəqqəti qərar” kimi baxmağı təklif edib. K. Volker isə bu cür fikirlərlə razı olmadığını söyləyib. Volkerin sözlərinə görə, ABŞ Ukraynanın bütün ərazisində sülhün əldə olunmasında və Krımın qayıtmasında maraqlıdır. O, Vaşinqtonun Donbas probleminin həlli üzrə Kiyevdən və Avropa ölkələrindən xəbərsiz Rusiya ilə hər hansı razılıq əldə etməyə çalışmadığını da söyləyib: “Bu, olmayacaq. Ukraynalıların başı üzərindən və ya avropalıların arxasından heç bir sövdələşmə ola bilməz”. ABŞ təmsilçisi bəyan edib ki, Ukrayna məsələsi Tramp administrasiyasının beynəlxalq siyasətinin prioritet istiqamətlərindən biridir: “Ukrayna vacibdir. ABŞ və Rusiyanın ikitərəfli münasibətlərində başqa vacib məsələlər də var. Suriya, Şimali Koreya kimi beynəlxalq problemlər də var. Onların hamısı vacibdir, lakin Ukrayna əsasdır”. Diplomatın sözlərinə görə, Vaşinqton Ukrayna ilə bağlı siyasətini o vaxt uğurlu sayacaq ki, bu ölkənin ərazi bütövlüyü bərpa olunsun və bütün ukraynalıların təhlükəsizliyinə təminat verilsin.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info