Avtovağzal gücləndirilmiş iş rejiminə keçir
Tarix: 29.08.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən yuxarı sərnişin daşınması nəzərdə tutulur
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib. O bildirib ki, avqustun 30-dan sentyabrın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Y.İsakovun sözlərinə görə, hazırda gün ərzində 400-450 nəqliyyat vasitəsilə təxminən 11-12 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən yuxarı sərnişin daşınması nəzərdə tutulur. Kənardan dəvət olunmuş nəqliyyat vasitələrində qiymət intizamına nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya yaradılıb. Avtovağzal rəsmisi qeyd edib ki, bütün təyin olunmuş qrafiklər üzrə reyslərə bilet satışları avtovağzalın qabaqcadan satış kassaları vasitəsilə və həmçinin onlayn qaydada 10 gün qabaqcadan həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info