Qazaxda fındıq yığımına başlanıb
Tarix: 30.08.2017 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Aqrar sahənin inkişafında öz yeri olan rayonlardan biri də Qazaxdır. Son illər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində qazanılan uğurlar rayonun potensial imkanlarını daha da genişləndirib, əhali arasında iqtisadi cəhətdən daha səmərəli olan bitkilərin əkininə maraq xeyli artıb. Bu sahələrdən biri də fındıqçılıqdır. Fermerlər bu bitkinin gəlirliliyini nəzərə alaraq hər il bağ sahələrini bir qədər də genişləndirirlər. Bu il Qazaxda 50,5 hektar sahədə yeni findıq bağları salınıb. Hazırda fındığın yığımına başlanıb. Qazaxlı fermerlər bağlardan bol məhsul götürəcəklərini deyirlər.
Fermer Zakir Qocayev deyib: “600-ə yaxın fındıq ağacım var. Məhsuldarlıq da yaxşıdır. Satışda da problem yoxdur. Alıcı elə qapıdan alır. Gələcəkdə fındıq bağımı 2-3 hektar artıracam”.
Rayondakı fındıq bağlarının demək olar ki, hamısı fərdi təsərrüfatlardadır. Fermer Qəzənfər Qocayev 2 hektar sahədə fındıq bağı salıb və bu il yeni tinglər əkəcəyini deyir. Yığım zamanı əldə edilən nəticənin yaxşı olduğunu deyən fermer, bir ağacdan 5-7 kiloqram məhsul götürdüklərini bildirdi.
Fermerlər toplanan məhsulun elə bağdaca satışını həyata keçirirlər. Bir hektar bağdan 4 tonadək məhsul yığan fermerlər payızda fındıq bağlarını bir qədər də genişləndirməyi, yeni məhsuldar kollar gətirib əkməyi planlaşdırırlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info