Çinli hakerlər Amerikanın hərbi sirlərini ələ keçiriblər
Tarix: 03.05.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


“Bloomberg” bildirir ki, kiberhücumların uzunmüddətli seriyası gedişində Çindən olan hakerlər Amerikanın müdafiə şirkətinin gələcək hərbi hazırlıqlarla bağlı qiymətli informasiyasını ələ keçiriblər.
Bir neçə terabayt informasiyanın oğurlandığı hücumlar 3 il ərzində davam edib: 2007-ci ildən 2010-cu ilədək. Hakerlərin hücum hədəfi hərbi robotların və peyk kəşfiyyat sistemlərinin istehsalçısı olan "QinetiQ North America” şirkəti də daxil olmaqla bir neçə şirkət olub.
Güman edilir ki, kiberhücumların arxasında bazası Şanxayda yerləşən haker qruplaşması olan “Comment Crew” dayana bilər. Həmin qruplaşma isə Çinin Milli-xilaskar ordusu ilə əlaqələndirilir.
Kiber cinayətkarların müdafiə şirkətinin kompyuter sisteminə necə daxil olmaları məlum deyil. Lakin bir şey məlumdur ki, onlar bir dəfə müdafiə olunmayan “Wi-Fi” şəbəkəsindən istifadə ediblər ki, bununla da "QinetiQ North America”nın daxili şəbəkəsinə girmək mümkün olub.
Qeyd olunur ki, informasiya təhlükəsizliyinə cavabdeh olan Amerika təşkilatları 2007-2010-cu illərdə bir neçə dəfə müdafiə şirkətini məlumatların itkiləri barədə xəbərdar edib. Lakin uzun müddət səmərəli müdafiə tədbirləri görmək mümkün olmayıb.
ABŞ-da kiberhücumlarda “Comment Crew” qruplaşmasının adı bundan əvvəl də hallanıb. 2013-cü ilin fervalında “Mandiant” şirkətinin tədqiqatında göstərilir ki, qruplaşma fəalları minimum 141 Amerika şirkətinə hücum təşkil ediblər. Məhz hansı təşkilatların hakerlərin qurbanı olduğu isə dəqiqləşdirilməyib.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info