500-dən çox bal toplayan 259 abituriyent ADPU-ya qəbul olunub
Tarix: 30.08.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Bütün ali təhsil müəssisələrində olduğu kimi, ölkəmizin ali təhsil sistemində xüsusi yeri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də I tədris ilinə qəbul olunmuş tələbələrin qeydiyyata alınmasının I mərhələsi başa çatıb.
ADPU-nun rektorunun imzaladığı müvafiq əmrlə universitetdə 2017-2018-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili edilməsi və sənəd qəbulunun müvafiq qaydada həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb.
İşçi qrupuna ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanılıb işlənilməsi tapşırılıb. İşçi qrupu ADPU-nun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris binasında şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-a kimi fəaliyyət göstərib və ADPU-ya qəbul olunmuş tələbələrin qanun çərçivəsində qeydiyyata alınmalarını və sənədləşmənin düzgün aparılmasını təşkil edib.
Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılıb. Qeydiyyat rahat və çevik təşkil edilib. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilib. Eyni zamanda ADPU-nun Ağcabədi, Şəki, Quba, Şamaxı və Cəlilabad filiallarında tələbələrin qeydiyyatının aparılması üçün də filiallarda da müvafiq İşçi qrupları yaradılıb və filiallarda qeydiyyatın lazımi səviyyədə aparılması təmin edilib.
Məlumat üçün bildirək ki, 2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. ADPU-ya 2113 nəfər qəbul olunub. Onlardan 2063 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6% yerinə yetirilib.
Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6% -ni təşkil edir. Müqayisə üçün bildirək ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olub. Ötən ildən fərqli olaraq isə bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
2017-2018-ci tədris ili üçün “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanların 50,2%-i, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanların 48%-i 500 və 500-dən çox bal toplayıb.
Məlumat üçün onu da qeyd edək ki, yeni tədris ilində ADPU-nun Şəki Filialına 8 ixtisas üzrə 195 nəfər, Quba Filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub.
ADPU-nun 5 filialı üzrə 18 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb.
2017-2018-ci tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 18 ixtisas, 19 ixtisaslaşma üzrə 415 plan yeri ayrılıb. Magistraturaya 383 nəfər qəbul olunub. Magistraturaya qəbul 92%-dən yuxarı olub. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info