Qazaxıstanlı qonaqlar Səbaildə
Tarix: 30.08.2017 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Artıq xeyli müddətdir ki, paytaxtımız Bakı şəhəri ilə Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu əlaqələrin paytaxt şəhərlərin rayonları arasında da yaradılması işlərinə başlanılıb. Bu işlər çərçivəsində Bakı şəhərində səfərdə olan Qazaxıstan Respublikası Astana şəhər İcra Hakimiyyətinin geniş tərkibli nümayəndə heyəti Səbail Rayon İcra Hakimiyyətində olublar.
Nümayəndə heyətini qəbul edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqlara ölkəmizdə son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişaf və uğurlar barədə danışıb, Səbail rayonu, onun tarixi, rayonun bugünki inkişafı, rayonda aparılan geniş miqyaslı quruculuq və abadlıq işləri barədə məlumat verib. Eldar Əzizov xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu qeyd edib.
Bildirib ki, Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın gündən-günə gözəlləşməsi, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi, ilk Avropa Oyunlarının, «Formula – 1» yarışları mərhələsinin, IV İslam Həmrəyliyi Oyunlarının keçirilmə yerinin məhz Bakı olması Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun artmasını göstərir.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri Astana şəhəri Sarıarka Rayonu İcra Hakimiyyətinin başçısı Arman Turlubek nümayəndə heyətinin Bakıda qarşılanması və onlara yaradılan şəraitə görə öz minnətdarlığını bildirib. Səfərin əsas məqsədinin hər iki ölkənin mərkəzi rayonları olan Səbail və Sarıarka rayonları arasında dostluq əlaqələrinin yaradılması, Səbail rayonunun memarlığı, rayonda abadlıq və quruculuq işlərinin aparılması, küçə və həyətlərin sanitar vəziyyətinin qorunması, küçələrin, park və meydanların tərtibatı, rayonda aparılan abadlıq işlərində yeniliklərin tətbiqi, kommunal xidmətlərin işi və digər məsələlərlə bağlı təcrübə mübadiləsi aparılması olduğunu bildirən Arman Turlubek Bakı şəhərinin gözəlliyinə heyran qaldığını qeyd edib.
Görüşdə çıxış edən nümayəndə heyətinin digər üzvləri də Bakı şəhərinin və xüsusilə də onunu mərkəzinin gözəlliyinə, burada aparılmış genişmiqyaslı abadlıq-quruculuq işlərinə heyran olduqlarını və onlarda xoş təəssürat yarandığını qeyd ediblər.
Görüşdə hər iki rayon arasında müxtəlif sahələrdə əlaqələrin yaradılması və inkişaf etdirilməsi məsələlərinə toxunulub və qonaqlara hədiyyələr təqdim olunub.
Qazaxıstanlı qonaqlar səfər günlərində Səbail rayonundakı görməli yerlər, park və xiyabanlar, yeni tikilmiş idman obyektləri ilə yaxından tanış olacaqlar.


Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info