Göyçayda bayram yarmarkası təşkil edilib
Tarix: 30.08.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramı münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram günlərində rayonda süni qiymət artımının qarşısının alınması məqsədilə Göyçay şəhərinin mərkəzində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən daha aşağı olan müxtəlif ərzaq malları, un, quş əti, yumurta, pendir, şirniyyat, meyvə şirələri, makaron, balıq və digər məhsullar təqdim ediblər. Həmçinin 150-ə yaxın kənd təsərrüfatı məhsulu istehsalçısı özünün yetişdirdiyi meyvə-tərəvəz və süd məhsullarını, mal və qoyun ətini, bal və bostan məhsullarını, göyərti, süd, qatıq, meyvə şirəsi, yumurta, toyuq və digər qida məhsullarını yarmarkaya çıxarıb. Yarmarkanın təşkilində əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkan yaradılmasıdır.
Rayon sakinləri də Qurban bayramı ərəfəsində keçirilən bu yarmarkanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Aksiyada sakinlərin alıcılıq qabiliyyəti yüksək olub. Kəndli fermerlər yetişdirdikləri məhsulu rahat şəkildə satmaları üçün yarmarkada hər cür şəraitin yaradıldığını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə yarmarkanın gedişatı ilə tanış olub, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsi və süni qiymət artımının qarşısının alınmasına xidmət edən bu yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətli olmasına və gigiyenik normalara tam cavab verməsinə nəzarət olunmasını tapşırıb.
Bayram yarmarkasında 1 ton mal və qoyun əti, 4,5 ton meyvə, 10 ton tərəvəz və bostan, 500 kiloqram balıq məhsulları, 450 baş ev quşu satışa çıxarılıb. Yarmarkada alıcılara bir ədəd yumurta 10 qəpiyə, bir baş ev quşu 5 manata, bir kiloqram mal və qoyun əti 10-11 manata, bir kiloqram balıq 3-4 manata müştərilərə təqdim edilib. Yarmarkada qiymətlər bazarla müqayisədə 15-20 faiz ucuz olub.
Məhsul yarmarkasına ətraf rayonlardan da məhsullar gətirilib. Başqa rayonlardan Göyçaya öz avtomobilləri ilə məhsul gətirən insanlar bu yarmarkanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Onlar bazarlardan fərqli olaraq bu yarmarkada heç bir ödəniş etmədən rahat şəkildə məhsullarını satdıqlarını bildiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info