Şərurda 6 mindən çox sığorta müqaviləsi bağlanılıb
Tarix: 30.08.2017 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov rayonda sığorta sahəsində aparılmış tədbirlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada davamlı iqtisadi və sosial inkişafın tərkib hissəsi kimi sığorta işinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, sığortanın müasir tələblərə uyğun şəkildə qurulması işində 2011-ci il 30 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır.
Diqqətə çatdırılıb ki, vətəndaşlar vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə sağlamlığa, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə görə ödəniş alır, bununla da, vurulmuş zərərlərin qısa müddətdə bərpa olunmasına şərait yaranır. Buna görə də ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlar belə gözlənilməz hadisələrdən sığorta olunmalıdırlar. Bu məqsədlə sığorta sahəsində işlərin daha da genişləndirilməsinin vacib olduğunu bir daha qeyd edən Hikmət Əsgərov bildirib ki, ötən müddətdə Şərur rayonunda da bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, ümumilikdə, rayon üzrə cari ilin ilk 7 ayında 6 min 295 sığorta müqaviləsi bağlanılıb, onlardan 1463-ü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 2 min 359-u daşınmaz əmlakın icbari sığortası olub.
Baş direktor Şərur rayonunda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə görülmüş işləri təhlil edərək qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, kənd təsərrüfatında aparılan sığorta işi torpaq mülkiyyətçilərinin və fermerlərin istehsal etdikləri məhsullara dəyməsi ehtimal olunan zərərlərə qarşı hazırlıqlı olmasına təminat verir. Buna görə də Şərurda əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının, habelə ev heyvanlarının sığortalanması məqsədilə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri arasında maarifləndirici işlər genişləndirilməlidir.
Sonra Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Zamiq Məmmədov, rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Ədalət Şükürov, Şərur şəhər, Cəlilkənd, Oğlanqala və digər kənd icra nümayəndələri sığorta sahəsində görülmüş işlər barədə məlumat veriblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info