Rusiyanın ən zəngin ailələri açıqlanıb
Tarix: 30.08.2017 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


"Forbes" jurnalı Rusiyanın ən zəngin ailələrinin reytinq cədvəlini tərtib edib.

APA-nın Moskva müxbirinin verdiyidi məlumata görə, "Forbes"in reytinqində ilk yeri 9,91 milyard dollar sərvətə malik Qutseriyev ailəsi tutub.

"Forbes" artıq dördüncü ildir ki, uğurlu sahibkarlıq fəlaiyyəti ilə məşğul olan ailələrin reytinqini tərtib edir. Qutseriyevlər ailəsi ardıcıl üç ildir siyahıda ilk sıradadır. İş adamı Mixail Qutseriyevin ailəsinə məxsus "Safmar" qrupuna iki yeni tərəfdaş daxil olub. Bu tərəfdaşlar Mixail Qutseriyevin oğlu Səid və bacısı oğlu Bilan Ujaxovdur. Onlar "Safmar" kompaniyasının ayrılıqda 10 faiz aksiyasına sahib olublar. Mixail Qutseriyev "Rusneft"dəki aktivlərini də oz oğlanları ilə bölüşüb.

"Forbes"in reytinqində ikinci yeri Rotenberq ailəsi tutub. Jurnal onların sərvətini 4,2 milyard dollar miqdarında dəyərləndirib.

Üçüncü pillədə isə 2,7 mlrd dollar sərvətə malik "Promsvyazbank"ın sahibləri olan Ananyev qardaşları qərarlaşıb. Dördüncə yerdə Tatarıstanın sabiq prezidenti Mintimer Şaymiyevin oğlanları Ayrat və Radik Şaymiyevlər gəlir. Onların sərvətinin 2,215 mlrd dollar olduğu qeyd edilib.

Varlı ailələrin reytinqi tətbiq olunarkən onlara məxsus aktivlərin qiymətləri, şirkət səhmləri, daşınmaz əmlak, eləcə də şəxsi əmlak qeydə alınıb. "Forbes"un siyahısına dövlət məmuru olaraq deyil, ancaq sahibkarlıq yolu ilə sərvət qazanan ailələr daxil edilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info